Ölkə futbolu
"Qrupa düşüb "Qəbələ"ni sevməyənləri də sevindirmək istəyirik"
“Qəbələ” – “Lill” (1:0) oyunundan son…
“Qəbələ” – “Lill” (1:0) oyunundan sonra Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb. Təmsilçimizin kapitanı ilk olaraq oyunu dəyərləndirib.
– Rəqibin adı hər şeyi deyir. İlk matçdan qanedici nəticə ilə qayıtmışdıq. Oyuna yaxşı hazırlaşıb, nətcə qazanmaq istəyirdik. “Lill”ə qarşı düzgün oynayıb, mərhələni adladıq.
– Nəticəni sensasiya kimi dəyərlədirmək olar?
– Hər iki matçda məğlub olmadıq, hazırda yaxşı formadayıq. Qruplara düşmək üçün əlimizdən gələni edəcəyik ki, həm “Qəbələ” sevənləri, həm də sevməyənləri sevindirək (gülür).
– Bu oyun sanki səfərdəki matçdan da çətin keçdi…
– Fikrimcə, Fransadakı qarşılaşmanın 2-ci hissəsi daha çətin keçmişdi. Bu da yol yorğunluğu ilə əlaqədar idi.
– 80-ci dəqiqədən sonra futbolçuların hətta qaçmağa taqətinin olmadığı görünürdü…
– Hesabda öndə idik, rəqib bütünlüklə irəli atılır və məcbur olurduq ki, geriyə çəkilək. Buna baxmayaraq, 2-3 dəfə əks-hücumda rəqibi yaxalayıb, onları cəzalandıra bilərdik. 80 dəqiqə belə rəqibə qarşı istidə oynadıqsa, yorğunluq olmalıdı.
– Növbəti mərhələdə hansı komandanı rəqib kimi görmək istəyərdin?
– Düzü, 3-cü təsnifat mərhələsindəki 5 potensial rəqibin siyahısına baxıb, ürəyimdə dedim ki, “İnşallah“Lill”in düşməsin, başqa kim düşürsə-düşsün”. Çünki digərləri “dişimizə görə” idi. Şansları 30/70 “Lill”in xeyrinə idi. Sabah da rəqibimizin kim olmasının önəmi yoxdu, mərhələni adlamağa çalışacağıq.
– Yəqin ki, sən də razılaşarsan ki, “Qəbələ”nin transferlərə ehtiyacı var. Əsasən də yerli oyunçulara…
– Yerli futbolçu tapmaq çətindi. Yaxşıların hamısı digər klublara məxsusdu. Amma əvəzedici komandadan gələn çox yaxşı futbolçularımız var. Çempionluğa oynamağa çalışacağıq.
ELMAR ABDULLA-ZADƏ