Ölkə futbolu
İsrail Azərbaycanı bir pillə geri saldı
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərç…
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin evdə “Lill”i məğlub etməsi (1:0) əmsalımızın artımına səbəb oldu. Futbolinfo.az xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində daha 0.250 xal qazanıb.
Amma dünən keçirilən 28 qarşılaşma Azərbaycanın mövqeyinə təsir edib. 5 mövsümün nəticələrinə görə hesabı 16,000-a çatdırsaq da, 24-cü pilləni qorumaq mümkün olmayıb. Belə ki, 26-cı olan İsrail 2 pillə irəliləyib və Azərbaycanla Kipri arxada qoyub. Ümumi xal sayı bərabər olsa da, ölkəmiz 24-cü pilləni yalnız əlavə göstəriciyə – cari mövsümün nəticəsinə görə əldən verib.
Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 1.125, “Qarabağ” 0.625, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib.