Ölkə futbolu
Fransa lənətinə son
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərç…
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsind evdə Fransa “Lill”ini məğlub edən “Qəbələ” ilkə imza atdı. Futbolinfo.az xəbər verir ki, ilk dəfə təmsilçimiz “Böyük beşlik” (İspaniya, Almaniya, İngiltərə, İtaliya, Fransa) ölkə təmsilçisini məğlub etməklə yanaşı, onu mübarizədən kənarlaşdırmağa nail oldu.
Daha öncə də 4 dəfə paytaxtımızın qonağı olan fransızlar yalnız bir dəfə – uzaq 1999-cu ildə o zamanlar mövcud olmuş İntertoto kuboku çərçivəsində qələbə qazanmışdı. Həmin vaxt “Monpelye” “Qarabağ”ı üstələmişdi – 3:0.
Klublarımızın Fransa təmsilçilərinə qarşı duellərinin statistikası belədi:
1999. “Qarabağ” 0:3, 0:6 “Monpelye” (İK)
2014. “Qarabağ” 0:0, 1:1 “Sent-Etiyen” (AL)
2015. “Monako” 1:0, 1:1 “Qarabağ” (AL)
2016. “Lill” 1:1, 0:1 “Qəbələ” (AL)
Bu qələbə həm də “qırmızı-qaralar”ın avrokuboklardakı 7-ci zəfəridi. Onlar bu mənada ötənilki nəticəsini bir vahid yaxşılaşdıra bildilər. Oyunda qələbə qolunun müəllifi olan Filip Ozobiç isə “Qəbələ”nin heyətində 2-ci qolunu vurdu.
Həmçinin Roman Qriqorçuk Qurban Qurbanovdan sonra AL-in pley-offuna ardıcıl komanda çıxaran 2-ci çalışdırıcı oldu. “Qarabağ”ın baş məşqçisi isə ümumilikdə 6, ardıcıl 4-cü dəfə bunu edib. Bundan başqa Böyükağa Hacıyev də 2 dəfə sözügedən turnirin pley-offunda “Neftçi” ilə çıxış etsə də bu, ardıcıl yox, 1 il fərqlə baş tutub. Eyni uğuru yaşamış digər məşqçi isə Qyoko Haciyevskidi. Makedoniyalı mütəxəssis 2009-cü ildə “Bakı” ilə bunu bacarmışdı.