Dünya futbolu
Şeydayevli “Trabzonspor” daha bir qələbə qazandı
Azərbaycanlı futbolçu Ramil Şeydayev yeni komandası “…
Azərbaycanlı futbolçu Ramil Şeydayev yeni komandası “Trabzonspor”un heyətində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Superliqa təmsilçisi Macarıstan klubu “Qyirmot”la üz-üzə gəlib.
Baş məşqçi Ərsun Yanalın 17 oyunçuya şans verdiyi qarşılaşma “bordo-mavililər”in 2:0 hesablı qələbəsi ilə nəticələnib. Türklərin qollarına 28-ci dəqiqədə Yusuf Ərdoğan və 79-cu dəqiqədə Yusuf Yazıcı imza atıblar.
Həmyerlimiz Şeydayev son 25 dəqiqəni meydanda keçirib. Belə ki, o, 65-ci dəqiqədə digər yeni transfer Kastilyonu əvəz edib.
Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”un heyətində yoxlama görüşlərində 2 qol vurub.