Premyer-liqa
"İnter" "Qarabağ"a qalib gəldi
Azərbaycan Premyer Liqasında ilk tur həyəcanı davam edir. Futboli…
Azərbaycan Premyer Liqasında ilk tur həyəcanı davam edir. Futbolinfo.az xəbər verir ki, bu gün çempionatda daha bir oyun keçirilib.
Günün yeganə qarşılaşması Bakıda baş tutub. "İnter" doğma meydanda son çempion "Qarabağ"la münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma ikinci yarıda meydan sahibləri erkən qolun əvəzini çıxmağı bacarıblar. Müdafiəçi (!) Ruslan Abışov 5 dəqiqə ərzində dubla imza atıb. Qarşılaşmada başqa qol olmayınca, paytaxt klubu son çempion üzərində əzmkar qələbəyə sevinib.
Azərbaycan Premyer Liqası
1-ci tur
7 avqust
“İnter” – “Qarabağ” – 2:1 (0:1)
Qollar: Reynaldo, 10 (0:1). R.Abışov, 69 (1:1). R.Abışov, 74 (2:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
Bakı. “İnter Arena”.
“İnter”: 1. Səlahət Ağayev, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev (k), 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 3. Denis Silva Kruz, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
“Qarabağ”: 13. İbrahim Şehiç, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 17. Namiq Ələsgərov, 22. Əfran İsmayılov, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Tura sabah keçiriləcək "Qəbələ” – “Kəpəz” oyunu ilə yekun vurulacaq. İlk oyun günündə isə bu nəticələr qeydə alınıb: AZAL – "Neftçi" – 0:2. "Zirə" – "Sumqayıt" – 0:1.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”