Bizi izləyin

Ölkə futbolu

Svanadzenin benefisi

"Qarabağ" təəccübləndirməkdə davam edir. Amma yox…

blank
"Qarabağ" təəccübləndirməkdə davam edir. Amma yox, bu dəfə gözlənilməzliyin səbəbkarı başqadı…
 
Ağdamlıların Çempionlar Liqasında çıxışını dayandırması komandaya böyük zərbə oldu, əhval-ruhiyyə yerində deyil, sanki komanda futboldan küsüb. Bu psixoloji durumdan faydalanmaq lazım idi və dünən "İnter" bunu bacardı. "Qarabağ" hesabı açsa da, fasilədən sonra meydanda fərqli rəqib var idi.
 
Qurban Qurbanov heyətdə kiçik rotasiyalar etmişdi, bəzi futbolçular ehtiyat skamyadan qaldırılmışdı, hətta debüt edən də var idi. Bununla belə, ilk yarını əla keçirən "Qarabağ" sürətli hücum qurunca "İnter"in müdafiə xəttini dağıtdı. Reynaldo müdafiədən İlqar Qurbanovun göndərdiyi topu qarşısına atıb qapıçıyla duelə yollandı və toru silkələdi.
 
Qolda Tərlan Quliyevi qınamağın yeri var. "İnter"də debüt edən futbolçu braziliyalını bir an gözündən itirdi və… ona çata bilmədi. Bu bakılıların arxa xəttinin oyunda buraxdığı yeganə ciddi səhv idi. Zaur Svanadze cinahları işlək olan 5-li müdafiə qurub və mərkəzdə dayanan Zurab Xizanişvili onları əla idarə edir. Gürcü sağındakı Skarlatakeyə tam arxayındı, aradabir Tərlanı sığortalayır və sakitcə oyunu "oxuyurdu". Təsadüfi deyil, qalan dəqiqələrdə Reynaldo bütün mübarizələrdə ona uduzdu. Veteran oyunçu bunu çox güc sərf etmədən, sadəcə, təcrübəsndən yararlanaraq, düzgün mövqe seçərək reallaşdırırdı.
 
"İnter"in yarımmüdafiə xəttində problem var. Komandanın dayaq yarımmüdafiəçisi Ruslan Abışov təcrübəsi hesabına ayaqda qalırdısa, Fuad Bayramov istək hüsabına nəsə etməyə çalışırdı. Ancaq onun kimi, Nizami Hacıyev də tez-tez ümumi ansamblı pozurdu. Rauf Əliyev hücumda istəniləni verə bilməyincə "Qarabağ" qısa ötürmələrlə kombinasiyalar qurur və rəqib müdafiəsini daim təzyiqdə saxlayırdı.
 
Fasilədə Svanadze nəticəni dəyişəcək əvəzləmə etdi. Topu alan kimi müdafiəçilərlə üz-üzə qalaraq onu itirən Raufu daha hərəkətli Pərdis Fərcad-Azad əvəz etdi və milliləşən oyunçu ağdamlıların müdafiəsini daha çox narahat etməyə başladı. Məhz onun manevrləri, topla əla rəftarı nəticəsində "Qarabağ"ın da müqaviməti qırıldı. Üstəlik, "Viktoriya" ilə oyunun antiqəhrəmanı Migel Madeyra oyuna daxil olmaqla Ağdam klubunun orta xəttdəki müqaviməti zəiflədi.  Çox yorğun görünən ispan müdafiə ilə hücum arasındakı rabitəni qura bilmədi. Belədə "İnter" hücuma daha çox oyunçu ilə qoşulmaqda problem yaşamadı, Ağabala Ramazanovun sürətli reydləri üçün zonalar açıldı.
 
Hər iki qolu Ruslan Abışov vurdu, ancaq oyunun qəhrəman rəqibi düzgün analiz edib taktika quran, "Qarabağ"ın nə vaxt yorulacağını hesablayıb düzgün əvəzləmə edən Svanadze idi. Gürcü çalışdırıcı çexlərlə oyunda çox güc itirən rəqibin zəif nöqtəsini tapmışdı. İlk qol da "Viktoriya" oyununu xatırlatdı: cinah ötürməsi və başla dəqiq zərbə. Maraqlıdı ki, yenə müdafiənin mərkəzi və sağ cinahı rəqibə belə şərait yaratdı.
 
Dəfələrlə sübut olunub ki, "Qarabağ"ın müdafiədəki eyiblərini məhz hücum gücü örtür. Ön xətt zərərsizləşdiriləndə arxadakılar səhvləri sıralayır. "İnter"ə mövsümün ilk əzmkar qələbəsini gətirən qol da belə vuruldu. Pərdis Rəşadın başını gicəlləndirib onu kobudluğa məcbur etdi, Abışov isə cərimə meydançası önündən qapını dəqiq nişan aldı.
 
İki standart qol – bu, "İnter"in ənənəvi oyun üslubudu. Lakin indi heyət əvvəlki kimi legioner yığını deyil, əksinə, start heyətdə cəmi iki əcnəbi var idi. Qalanlar ortabab yerlilər və klubun öz yetirmələridi.
 
Çempion mövsümə məğlubiyyətlə başlasa da, vəziyyət faciəvi deyil. Hər komandada belə düşüş dövrü olur və yəqin ki, "Höteborq"la vacib oyuna kimi işlər qaydasına düşəcək. Qurbanovun əlinin altında çox samballı heyət var, onlar isə ciddi sınaqlardan keçiblər. Futbolçular toparlanan kimi "Qarabağ" oyununu tapacaq. Dünən isə həmin gün deyildi.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm