Ölkə futbolu
Teo Uiks: “Gücümüzü şişirdiblər”
“Qəbələ”nin avrokubok tarixində ən sərrast oyun&cced…
“Qəbələ”nin avrokubok tarixində ən sərrast oyunçusu Teo Uiks xarici mətbuata verdiyi açıqlamada komandasının Avropa Liqasındakı sərgüzəştləri barədə danışıb. Futbolinfo.az xəbər verir ki, liberiyalı yarımmüdafiəçi “Maribor” səddi barədə də fikirlərini bildirib.
“Qəbələ”nin avrokuboklarda vurduğu qolların 5-nə imza atmış futbolçu Sloveniya təmsilçisinin zəif olmadığını iddia edib: “Fransanın tanınmış klublarından olan “Lill” üzərində qələbədən sonra çoxları bizə fərqli gözlə baxmağa başlayıb. Hətta deyərdim ki, gücümüzü şişirdiblər. Ancaq hiss edirəm ki, “Maribor”la bizi olduqca ağır oyunlar gözləyir. Sloveniya təmsilçisi Şotlandiya nəhənglərindən sayılan “Aberdin”i sıradan çıxarıb. Bu, sizə zarafat gəlməsin. Böyük Britaniya komandasına qalib gələn klub zəif ola bilməz! Qarşıda bizi olduqca gərgin 180 dəqiqəlik mübarizə gözləyir”.
Qeyd edək ki, bu komandalar arasındakı oyunlar avqustun 18-də Bakıda, 1 həftə sonra isə Sloveniyada keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…