Ölkə futbolu
“Qarabağ”ın rəqibi island hücumçu aldı
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində…
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” yeni transfer həyata keçirib. Futbolinfo.az sözügedən klubun rəsmi saytına istinadla xəbər verir ki, İsveç təmsilçisi hücum xəttini gücləndirib.
Belə ki, “Valerenqa” klubunun gənc forvardı Elias Mar Omarsson qarşıdakı mövsümü “Höteborq”da keçirəcək. İsveçlilər İslandiya millisinin üzvünü birillik icarəyə götürüblər.
Ötən ildən İslandiya yığmasına dəvət alan Elias Mar Omarsson “Valerenqa”ya keçən yay “Keflavik”dən keçib.
Qeyd edək ki, “Qarabağ” “Höteborq”la ilk oyununu avqustun 18-də səfərdə keçirəcək.
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov
- Digər idman növləri2024-05-20 20:00
Hidayət Heydərov dünya çempionu oldu
- Ölkə futbolu2024-05-20 14:38
Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”