Premyer-liqa
"Neftçi"də "zədə epidemiyası"
Azərbaycan çempionatının 1-ci turu çərçivəsi…
Azərbaycan çempionatının 1-ci turu çərçivəsində səfərdə AZAL-ı məğlub edən (2:0) “Neftçi” 1 günlük istirahətin ardından dünən yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, bərpa məşqinə çıxan bakılılar bu gün səhər saatlarında da çalışmalarını davam etdirib.
Komanda axşam saatlarında bazasında – İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda çalışmalarını davam etdirəcək. Növbəti turda “Zirə”ni qəbul edəcək komanda oyuna itkilərlə hazırlaşır. Vançe Şikov, Elşən Abdullayevin “qartallar”la görüşü buraxacağı dəqiqdisə, Araz Abdullayevin iştirakı sual altındadı. Bundan başqa ötən oyun AZAL-la görüşdə qırmızı vərəqə alaraq, meydandan qovulan Jayro da cəza səbədindən matçda iştirak etməyəcək.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”