Ölkə futbolu
Zahoviç Bakıda!
Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” i…
Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Maribor” oyunöncəsi təmsilçimizi daha yaxından tanımaq niyyətindədi. Futbolinfo.az xəbər verir ki, bu məqsədlə Sloveniya klubu Bakıya nümayəndəsini göndərəcək.
Bu, ötənlərin məşhur futbolçusu, hazırda klubun idman direktoru funksiyasını daşıyan Zlatko Zahoviçin rəhbərlik edəcəyi 3 nəfərlik nümayəndə heyətidi. Onlar burada “Qəbələ”nin ölkə çempionatı çərçivəsində “İnter”lə oyununu izləyəcəklər.
“İnter” – “Qəbələ” oyununu avqustun 12-də, “İnter Arena”da keçiriləcək.