Dünya futbolu
"Fənərbağça" məşqçilərini qovdu
UEFA Çempionlar Liqasının üçüncü təsni…
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Monako”ya məğlub olaraq mübarizəni dayandıran Türkiyənin "Fənərbaxça” klubu məşqçilər korpusunda dəyişikliklər edib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi uğursuz çıxışdan sonra baş məşqçi Vitor Pereyranın köməkçiləri – Filipe Almeyda, Luis Migel və Pedro Ribeyro komandadan göndərilib.
Köməkçilərdən Paolo Orlandoni, Zəki Gölə, Fatih Yıldız və Məlikşah Sezgin işinə davam edəcək. Göndərilən məşqçilərin yerini aşağı yaş qrupları üzrə komandalarda məşqçi kimi fəaliyyət göstərən – Saffet Akbaş, Müjdat Yetkinər və Kəmalettin Şentürk kimi məşqçilər tutacaq.
Türkiyə mətbuatı iddia edir ki, Pereyranın da komandadakı taleyi sual altındadı. Bəzi mənbələrə görə, "sarı bülbüllər" artıq Çilidən olan Manuel Pelleqrini ilə danışıqlara start verib.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi