Əvəzedicilər
"Qarabağ" "Sumqayıt"a qalib gəldi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlər…
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə birinciliyində 2-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
"Qarabağ" səfərdə qarşılaşdığı "Sumqayıt"a 2 cavabsız qolla qalib gəlib. Ardıcıl iki qələbə sayəsində Ağdam təmsilçisi liderliyi ələ keçirib.
Əvəzedicilərin çempionatı
2-ci tur
10 avqust
“Sumqayıt” – “Qarabağ” – 0:2
Qollar: Əlhərbi Əl Jadeyui, 8. Cavid Tağıyev, 84.