Ölkə futbolu
Erat oynadı, komandası səfər matçından 1 xalla qayıtdı
Almaniya üçüncü Bundesliqasında 3-cü turun…
Almaniya üçüncü Bundesliqasında 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub "Proyssen"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Start heyətdə meydana çıxan Erat bu görüşün 61-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, 3 turdan sonra "Duysburq" 20 klub arasında 5 xalla 5-ci yerdə qərarlaşıb.