Bizi izləyin

Ölkə futbolu

“Maribor”u necə keçməli?

“Qəbələ” tarixi nəticə astanasındadı. Roman Qriqor&…

blank

“Qəbələ” tarixi nəticə astanasındadı. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ardıcıl 2-ci mövsüm ilk turdan başlayaraq, Avropa Liqasının qrup mərhələsinə düşmək şansına malikdi. “Qırmızı-qarlar”la bu tarixi uğurun arasında dayanan qüvvənin adı “Maribor”du.

Sloveniyanın ən tanınmış klubuna qiymət verməyin vaxtıdı. Yox-yox, hansısa statistik göstəricilərə baş vurmayacağıq. Komandanın dəst-xətti, taktiki düzülüşü, hansı oyun üslubundan istifadə etməsindən bəhs edəcəyik.

“Maribor” atletik futbola üstünlük verən komandadı. Sloveniyalılardan hansısa qeyri-adi futbol gözəlliyi gözləməyə dəyməz. Olduqca güclü fanat ordusuna sahib komanda keyfiyyətli kompüteri xatırladır. Hər kəs ondan nə tələb olunduğunu yaxşı bilir.

Komanda 4 müdafiəçi və 2 dayaq yarımmüdafiəçisi ilə oynayır. Ancaq cinah müdafiəçiləri tez-tez hücuma təkan verirlər. Hücumlar qurularkən, cinah yarımmüdafiəçiləri vizavilərini üzərlərinə çəkir və belədə, qanadlarda yaranmış boşluqlara müdafiə xəttinin futbolçuları daxil olur.

“Bənövşələr” uzun ötürmələrdən də istifadə etməyi sevir. Kəskin əks-hücum qurularkən, onlar yeganə hücumçu Novakoviçin uca boyuna arxayın olaraq, hava ötürməsi edirlər. Bu mübarizədən qalib ayrıldığı zaman forvard qapıya kortəbii baş zərbəsi endirmir. O, arxadan gələn ikinci eşelon oyunçularından birini zərbə mövqeyinə çıxarır.

Praktiki olaraq, dediklərimiz bu şəkli alır: Novakoviç hava mübarizəsində Stankoviç və ya Vernidubdan cəld tərpənir və topu başla cərimə meydançasına daxil olan komanda yoldaşının istiqamətinə atır. Bu cür hücumlar zamanı, dayaq yarımmüdafiəçilərimiz cəld tərpənməli və tələb olunan mövqeyi bağlamalıdılar. Praktikada həmin yük Rəşad Sadiqovun üzərinə düşür (bunu “Qəbələ”nin avrokuboklardakı qarşılaşmalarına əsaslanaraq söyləyirik – müəl.).

“Maribor”un daha bir silahı Damyan Bohardı. O, cinah keçidləri və qapıya paralel ötürmələri sevən və bacaran futbolçudu. Ümumiyyətlə, cinahlardan danışarkən, maraqlı tendensiyaya rast gəldik. Sloveniyalıların sol cinahla hücum qurmaq həvəsi sanki yoxdu. Əksər cinah hücumları sağdan gəlir.Başqa sözlə “Qəbələ”nin sol cinah müdafiəçisi və yarımmüdafiəçisinin üzərinə xeyli iş düşəcək.

Rəqibin müdafiə xəttinin ucaboy və cüssəli futbolçulardan qurulması “qırmızı-qaralar”ın rəqib qapısının torunu “2-ci mərtəbə”dən silkələmə ehtimalını azaldır. Amma gördüklərimzə əsasən deyə bilərik ki, təmsilçimiz üçün bu, lap göydəndüşmədi. Filipp Ozobiç, Nika Kvekveskiri, Teo Uiks kimi fərdi ustalıq bacarığına sahib oyunçuların “2-ci mərtəbəyə dırmaşmağa” ehtiyacı yoxdu.  Məsələni yerdə həll etmək üçünsə sürətlə driblinq yetər.

Rəqibin müdafiə redutlarının sütunu Sulerdi. Ancaq daha bir fiqur da var ki, onun adını hallandırmaya bilmirik. Söhbət komandanın qapıçısı Handanoviçdən gedir. Həqiqətən bu əlcək sahibi bir çox müsbət xüsusiyyətləri özündə cəmləşdirib. Əla sıçrayışlar, inamlı çıxışlar, qapı xəttində etibarlı oyun – bütün bunlar Handanoviçdə var. Ancaq qapıçını qayğılandıran bir faktor var: müdafiəçiləri etibarlı deyillər. Rəqib pressinq tətbiq etdikdə, onlar topu uzaqlaşdırmırlar, əksinə vizavilərini aldatmağa cəhd göstərirlər. “Qəbələ”nin “texnarlar”ı üçünsə “Maribor”un müdafiəçilərinin topla bu cür davranışı göydəndüşmədi.

Yekun olaraq, “Maribor”un üstün və axsayan tərəflərini sadalayaq.

Üstün tərəfləri:
1) Hava mübarizəsi; 
2) Bəlli oyun sxemi; 
3) Əla qapıçı;
4) Sağ cinahdan reydlər 

Zəif tərəfləri: 
1) Müdafiəçilərin pressinq altında özlərini itirmələri;
2) Müdafiə xəttinin oyunçularının fiziki göstəricilərinin yerlə mübarizədə və sürətli reydlər zamanı rəqiblə ayaqlaşa bilməmələri
3) Hücumlarda rəngarənglik çatışmazlığı

Bütün müsbət və mənfi faktorları qarşılaşdırdıqda bu qənaətə gəlirik: “Qəbələ” “Maribor”u keçməlidi!

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm