Ölkə futbolu
“Höteborq”un yeni transferi “Qarabağ”la oyunda debüt edəcək
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində…
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” son transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, İsveç klubu müdafiə xəttinin sol cinahındakı problemi həll edib.
Haytam Alesamini “Palermo”ya satan “Höteborq” əvəzində Avstraliya millisinin üzvü Skott Ceymisonla anlaşıb. Bu transfer müqabilində isveçlilər 27 yaşlı oyunçunun klubu “Vestern Sidney Uonderers”ə 106 min avro ödəyiblər. Ceymison yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Beləliklə, “Höteborq” 1,2 milyon avroya satdığı Alesaminin yerini doldurub.
“Höteborq”un idman direktoru Mats Qrin yeni transferin İsveç çempionatının XVIII turu çərçivəsində “Falkenberq”lə bu gün keçirəcəkləri matçda iştirak etməyəcəyini açıqlayıb. O, 2009-cu ildən bəri Avstraliya yığmasının heyətində 4 oyun keçirmiş Ceymisonu “Qarabağ”la qarşılaşma üçün qoruduqlarını vurğulayıb.
Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında ilk oyun avqustun 18-də İsveçdə keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…