Dünya futbolu
Təbriz derbisində qalib gələn “Traktorsazi” 2-ci pilləyə yüksəldi
Futbol üzrə İran çempionatında 4-cü turun oyunlar?…
Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" bu dəfə Təbrizin digər idialı təmsilçisi "Maşinsazi" ilə üz-üzə gəlib. Oyun "traktorçular"ın 2:0 hesablı səfər qələbəsi ilə başa çatıb.
Təbrizin daha bir klubu "Göstəriş" səfərdə "Zobahan"la üz-üzə gəlib. Bu oyunda tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.
4 turdan sonra "Traktorsazi" 16 klub arasında 8 xalla 2-cidir. "Maşinsazi" 5 xalla 9-cu, "Göstəriş" isə 3 xalla 13-cü pillədə qərarlaşıb.