Müsahibə
Roman Qriqorçuk: "Başqa variant yox idi"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk…
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 2-ci turunun "İnter"lə heç-heçə başa çatan matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
– Bəxtimiz gətirmədi. Qalib gələ biləcəyimiz oyunda xal itirdik. Bunun səbəbini bir neçə nəfərə bağlamazdım. Sadəcə, komanda şəklində istədiyimizə nail ola bilmədik.
– Bu gün "Qəbələ" ağır oynadı. Səbəb nədi?
– Güclü rəqibə qarşı oynadıq. İlk turda çempionu məğlub ediblər. Bizim üçün yaxşı material oldu. Baxıb nəticə çıxarmalıyıq.
– Avrokuboklarda indiki qədər əsəbi görünmürsüz. Bu nə ilə bağlıdı: Premyer Liqada yerli futbolçuların çox oynaması ilə, yoxsa orada daha çox diqqət mərkəzində olmağınızla?
– Düşünürəm ki, düzgün izləməmisiz. Hərəkətlərim oxşardı (gülür).
– Stadionla bağlı nə deyə bilərsiz?
– "Bakcell Arena"dan çox xoşum gəlir. Amma bu, məcburi dəyişiklikdi. Orada ot örtüyü təmir olunmalıdı. Digər tərəfdən, stadion dəyişikliyinin həlledici olduğunu düşünmürəm.
– Zaur Svanadze nəticəni ədalətli hesab edir. Bəs, siz?
– Onunla mübahisə etmək fikrim yoxdu. Hərənin öz fikri var. Mən konfransın başlanğıcında da dedim, biz qələbə qazanmalı idik.
– Penaltini Nika Kvekveskirinin yerinə yetirməsi düzgün idi? Axı, o, ötən il "İnter"də çıxış edib…
– Sizin dediyinizi düşünmüşdüm. Ancaq bu gün penalti vuranlardan yalnız Nika meydanda idi. Başqa variant olsaydı, dəyişərdim.
AĞA