Premyer-liqa
Lənkəranlı azarkeşlərin daşladığı avtobusda yol qeydləri
Yeni mövsümün başlaması ilə PFL və “Topaz&rdq…
Yeni mövsümün başlaması ilə PFL və “Topaz”ın birgə layihəsi olan jurnalistlərin rayonlara səfərlərinin təşkili də start götürdü. Budəfəki səfərimiz Gəncəyədi. Bizi mənzilbaşına çatdırmalı olan avtobus təxminən 09:30-da AFFA-nın qabağından yola çıxıb.
Yola çıxıb ki, bizi sağ-salamat "Kəpəz" – AZAL oyununa çatdırsın. Tez bir müddətdə Bakıdan çıxan avtobus boz, yanan çöllərlə Nizami yurduna doğru irəliləyir.
Hər səfərin xoş tərəfi olduğu kimi, bezdirici məqamları da var. Yol uzun, yorucudu. "Qəbələ"nin baş məşqçisi Yuri Syomin elə bu səbəbdən Azərbaycandan tez qaçdı. Ancaq bizim qaçan yerimiz yoxdu, dözməli, yaşamalı, işləməliyik.
Uzun yolu qısa etmək üçün də variantlar var. Yaxşı həmsöhbət olanda mənzilə nə vaxt çatdığını bilmirsən. Mən də bizi aparan avtobusun sürücüsünü – Fazil kişini danışdırdım. Yoldan, sükandan fikrini yayındırmadan.
Yaşı 50-dən çox olan həmsöhbətim bizi futbola aparsa da, bu oyuna ciddi marağı yoxdu. Hər halda, söhbət əsnasında bunu hiss etdim. Əsasən, Bakı – Tiflis marşrutu üzrə sərnişin daşıyır. Hərdən sifarişlə azarkeşləri, jurnalistləri də məkana çatdırır. Hətta bir dəfə belə səfərlərdən birinin ona baha başa gəldiyini də acı təəssüflə qeyd edir. Onun bu xatirəsi mənim başqa bir təəssüfü yaşamama səbəb oldu.
Fazil dayının xatirəsi indi mövcud olmayan "Xəzər Lənkəran"ın azarkeşləri ilə bağlı idi. Belə ki, bir neçə il əvvəl Bakıdan Lənkərana azarkeş aparanda məhz cənublu fanatlar avtobusun pəncərəsini daşla sındırıb. Düzdü, bu, heç də yaxşı hal deyil, ancaq bir anlıq məni əvvəlki günlərə – Premyer Liqamızda azarkeş marağının və rəqabətin daha rəngarəng olduğu vaxtlara xəyali səyahət etməyə vadar etdi: “Neftçi” – “Xəzr Lənkəran” duellərini xatırladım.
İndi lənkəranlı azarkeşlərin çılğınlığına həsrət qalsaq da, onların yoxluğunda gəncəli azarkeşlər sözün yaxşı mənasında özünü göstərə biliblər. Düzdü, onlar haqqında çox eşitsəm də hələ ki, canlı olaraq doğma məkanlarında ilk görüşüm olacaq. Yol isə uzundu. Mənzil başına çatmağa hələ bir neçə saat var.
ELMAR ABDULLA-ZADƏ
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq