Dünya futbolu
Arda dubl etdi, “Barselona” superkubok qazandı – VİDEO
Futbol üzrə İspaniya superkuboku uğrunda cavab oyunu keç…
Futbol üzrə İspaniya superkuboku uğrunda cavab oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, superkubok uğrunda son çempion və kubokun qalibi "Barselona" ilə kubokun finalçısı "Sevilya" mübarizə aparırdı. İspaniyada superkubokun qalibu iki oyununun nəticəsinə görə müəyyənləşir.
İlk oyun "Sevilya"nın meydanında keçirilmişdi. Buna baxmayaraq, "Barselona" elə səfərdəki oyunda 2:0 hesabıyla qalib gələrək demək olar ki, superkubokun taleyinə aydınlıq gətirmişdi. Ötən gecə doğma meydanda daha inamlı – 3:0 hesablı qələbəyə sevinən kataloniyalılar daha bir titula sahib çıxıblar.
İspaniya superkuboku
17 avqust
"Barselona" – "Sevilya" – 3:0 (ilk oyun 2:0)
Qollar: Arda Turan, 10 (1:0). Arda Turan, 47 (2:0). Lionel Messi, 56 (3:0).