Ölkə futbolu
"Şəmkir" prezidentini dəyişdi
"Şəmkir" prezidentini dəyişib. Klub bu barədə bəyanat…
"Şəmkir" prezidentini dəyişib. Klub bu barədə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, “Fərid Hüseyinov şəxsi işləri ilə əlaqədar aktiv prezidentlik vəzifəsindən fəxri prezident vəzifəsinə keçmişdir. Komanda ona göstərdiyi fəaliyyətə və etdiyi köməklikliklərə görə təşəkkürünü bildirir və gələcək işlərində uğurlar arzulayır. Klubun yeni prezidenti vəzifəsinə isə Elvin Səfərli təyin olunub və "Şəmkir FK" onun rəhbərliyi ilə fəaliyyətini davam etdirəcək”.
Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılır ki, komandanın 2016-2017-ci illər mövsümündə futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionda oynayacağı da dəqiqləşib.