Ölkə futbolu
"Sumqayıt"dan bir gündə 2 yoxlama oyunu
Premyer Liqanın 3-cü turu çərçivəsində baş tut…
Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutmalı olan "Qəbələ" – "Sumqayıt" oyunu məlum səbəblərdən təxirə salınıb. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən Sumqayıt təmsilçisi yaranmış fasilədən maksimum yararlanmağa çalışır.
Belə ki, sözügedən komanda bu gün – avqustun 19-da 2 yoxlama oyunu keçirəcək. Sumqayıtlılar səhər saat 10:30-da "Şahdağ", 19:00-da isə "Səbail" klubu ili qüvvəsini sınayacaq. Hər iki qarşılaşma "Kapital Bank Arena"da baş tutacaq.