Ölkə futbolu
İngilis skautlar “Qarabağ”ın oyununu niyə izləyib?
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində…
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Höteborq”la oyunu təkcə isveçlilər və azərbaycanlılar üçün maraqlı olmayıb. Futbolinfo.az saytının İsveç mətbuatına istinadən məlumatına görə, ingilis skautlar da “Qamla Ullevi”dəki qarşılaşmanı tribunadan izləyiblər.
Belə ki, İngiltərə Premyer Liqasında çıxış edən “Stok Siti”nin baş məşqçisi Mark Hyuz “Höteborq” – “Qarabağ” görüşünü izləmək üçün klub rəsmilərini İsveçə yollayıb. Əsas məqsəd isə meydan sahiblərinin hücumçusu Qustav Enqvallın son durumunu görmək və onunla danışıq aparmaq olub. Zədə ucbatından heç “18-liy”ə də salınmayan gənc oyunçu görüşü məhz “Stok Siti”nin skautları ilə birlikdə izləyib.
Hyuz 20 yaşlı forvardı hələ bu ilin əvvəlindən komandasında görmək arzusundadı. O, rəhbərlikdən “transfer pəncərəsi” bağlanana qədər İsveç millisinin debütantının alınmasını tələb edib.
Qeyd edək ki, səfərdə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” “Höteborq”u avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Apasport
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə