Ölkə futbolu
Emil Balayev “Qarabağ”da!
“Ayntraxt Frankfurt”dan ayrıldıqdan sonra klubsuz qalan …
“Ayntraxt Frankfurt”dan ayrıldıqdan sonra klubsuz qalan qapıçı Emil Balayev “Qarabağ”la birgə məşqlərə başlayıb.
Futbolinfo.az saytının məlumatına görə, yay hazırlığının böyük hissəsini milli komandamızın qapıçılar üzrə məşqçisi Faiq Əzizovun rəhbərliyi altında keçirən qolkiper kollektivlə məşq etmək istəyi ilə Ağdam klubuna müraciət edib. Baş məşqçi Qurban Qurbanov da gənc qolkiperin bu istəyinə qarşı çıxmayıb. Onun “Qarabağ”la müqavilə imzalamaq ehtimalı isə çox azdır.
Qeyd edək ki, Emil Balayev zədədən sonra formasını tam bərpa etsə də, hələ ki, klub tapa bilmir.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə