Ölkə futbolu
"Neftçi" polisə üz tutdu: "Təhqiri həzm etmək fikrimiz yoxdu"
"Neftçi"nin "Facebook"dakı ən böy&uu…
"Neftçi"nin "Facebook"dakı ən böyük azarkeş səhifəsi olan "Neftchi Baku [Fan Page]" polisə şikayət olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə səhifənin yaydığı açıqlamada bildirilib.
Açıqlamada deyilir ki, şikayətçi tərəf klub rəhbərliyidir: "Deməli dostlar indi bizə zəng edib polis bölməsindən deyirlər ki, bəs "Neftçi" rəhbərliyi sizdən şikayət edib bizə. Bəs siz rəhbərliyi təhqir edirsiniz, söyürsünüz.
Birincisi, bacarıqsız, şəriştəsiz, məsuliyyətsiz dediyimiz sözlər təhqir yox, tənqidin bir formasıdır. Daha sonra isə biz sizdən şikayət yox, kişi kimi azarkeşləri çağırıb söhbət etmək gözləyirdik. Dəfələrlə yalandan aldatdığınız azarkeşləri indi şikayət edirsiniz. Axı niyə? Sizin bacarıqsız olduğunuzu dediyimiz üçün? Yoxsa "Neftçi"ni saldığınız bu hala görə sizə buna göz yummadığımız üçün? Utanın. Sizə böyük klubun başında durmaq yaraşmır".
Məsələyə "Neftçi"nin də münasibətini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov saytımıza açıqlamasında faktı təsdiqlədi: "Bir müddətdir bəzi sosial şəbəkələrdə klub rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədilirdi. İlk olaraq bu səhifələrlə əlaqə yaratdıq və izah etməyə çalışdıq ki, təhqir etmək çıxış yolu deyil. Heç kim başqasını təhqir etmək hüququna malik deyil. Təhqirə yol verən şəxsi döymək bizim üslubumuz deyil, cavab olaraq söymək tərbiyyəsinin də sahibi deyilik. Yeganə və ən doğru yol məsələnin hüquqi müstəvidə həll olunmasıdır. Biz məsələni ictimai əlaqələrimiz hesabına həll etməyə çalışdıq, amma ortaya təhqir çıxandan sonra klubumuzda fəaliyyət göstərən təcrübəli hüquqşünasın müdaxiləsinə ehtiyac yarandı. Hər kəs ali qanunumuz qarşısında eynidir. Üstəlik, milli mentalitetimiz var. Təhqirə təhqirlə cavab verməməklə yanaşı, onu həzm etmək fikrimiz də yoxdu".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…