Müsahibə
Jayro: "Komandadan və azarkeşlərdən avtoqola görə üzr istəyirəm"
Premyer Liqanın 3-cü turu çərçivəsində ke&ccedi…
Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Neftçi” (3:0) oyunundan sonra “ağ-qaralar”ın futbolçusu Jayro jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:
– Böyükhesablı məğlubiyyəti nə ilə əlaqələndirərdin?
– Çox çətin oyun keçdi. Görüşdən əvvəl də belə olacağını hiss edirdik. “Qarabağ”ın gücünü qəbul etmək lazımdı. Bizim vəzifəmiz bundan sonra üzərimizdə daha çox çalışmaqdı. Növbəti turlarda daha yaxşı oyun göstərmək istəyirik.
– Etiraf edirsiən ki, “Qarabağ”ın qələbəsində sənin də “köməyin” oldu?
– Kim istəyər ki, öz qapısına top vursun? Siz də gördünüz ki, mövqeyim yaxşı deyildi. Nəticədə top mənə dəyib tora daxil oldu. Buna görə, bütün komandadan və azarkeşlərdən üzr istəyirəm. Amma bu, istəyərək olmadı. Söz verirəm ki, qarşıdakı görüşlərdə daha yaxşı oynayacağıq.
– Belə uğursuz çıxışla nəyə ümid edə bilərsiniz?
– Bu vəziyyətdən çıxmağa çalışırıq. Görünür, bunun üçün daha çox işləmək lazımdı.
– Bəs çıxış yolunu nədə görürsən?
– Bizim komandamız və məşqçimiz var. Mən yalnız öz adımdan danışa bilərəm. Bizə nə deyiləcəksə, onu da edəcəyik. Bizə yalnız çalışmaq düşür.
– Yeni transferlərin komandaya xeyir vermədikləri fikri ilə razısan?
– Futbolçular barədə ayrı-ayrı danışmaq düzgün deyil. Kiminsə kollektivə bir həftə əvvəl və ya beş il öncə qoşulmasının bir fərqi yoxdu. Hamımız bir qrupuq. Qələbə qazananda da, məğlub olanda da, bu, ümumi komandanın çıxışının nəticəsi olur. Bu yay alınan futbolçular komandaya yeni qoşulublar, bəlkə də, adaptasiya problemi yaşayırlar. Başqa bir səbəb görmürəm.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…