Bizi izləyin

Ölkə futbolu

Məhsuldar turun susqun “Neftçi”si

Premyer Liqada ilk uzunmüddətli fasilə başladı. Milli komanda…

blank
Premyer Liqada ilk uzunmüddətli fasilə başladı. Milli komandamızın toplanışı üzündən yaranan “istirahət” dönəmi öncəsi isə komandalar 3-cü tura çıxdılar.
 
“Qəbələ”nin istəyi ilə bu komandanın “Sumqayıt”la matçı təxirə salındığından tur yarımçıq, amma məhsuldar alındı. Ötən həftə 4 oyuna 3 qol vurulmuşdusa, bu dəfə 3 matçda 11 dəfə qapı torları silkələndi.
 
AZAL-ın oynayıb, “Zirə”nin qalib gəldiyi oyununun ardından cümə günü “Kəpəz” nəhayət, səfərdə “İnter”dən xal ala bildi. Şənbə günü oyun olmadı və yalnız dünən tur yekunlaşdı. Masazırdakı görüşdə həm mövsümün ilk böyükhesablı qələbəsi reallaşdı, həm də “Neftçi” belə məhsuldar turun qol vurmayan yeganə komandası adını qazandı.
 
“Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu təmirdə olduğundan ağdamlılar rəqiblərini Masazırdakı “Əlincə Arena”da qəbul edir. Elə “Neftçi” ilə görüşdə məhz sözügedən stadionda baş tutdu.
 
İlk dəfə bu arenanı gördüyümdən sözün yaxşı mənasından təəccübü gizlədə bilmədim. Premyer Liqada və 1-ci divizionda komandası olmayan “Əlincə”nin bu cür stadionuna, bazasına yəqin ki, çoxları həsəd aparır. Təbii ot örtüyünə malik və qazonu futbol oynamaq üçün normal vəziyyətdə olan stadiona  bir az əl gəzdirilsə, hətta burada beynəlxalq matçlar da keçirmək mümkündü. Stadionun əsas problemləri kimi işıqlandırma sisteminin nisbətən zəif olması və metrodan bir az uzaqda yerləşməsini göstərmək olar.
 
“Neftçi”nin jurnalistlərin rahatalığını təmin etmək üçün təşkil etdiyi avtobus stadiona bir saat əvvəl çatdığından arena ətrafıda müşahidə aparmaq üçün xeyli vaxtımız var idi. Elə bu müşahidə zamanı hüsnü-camalına həsrət qaldığımız millimizin baş məşqçisi Robert Prosineçkini gördük.
 
Matçın startına vaxt azaldıqca tirbunalar yavaş-yavaş dolmağa başlayırdı. Amma sanki bir boşluq var idi. Bəli, tribunada “Neftçi” azarkeşlərinin yoxluğu diqqət çəkirdi. Birvaxtlar hətta ən uzaq səfərlərə belə öz hesabına yollanan bakılı azarkeşlər indi heç paytaxtdakı oyunlara da getmir.  “Uman yerdən küsərlər”. Elə tərəfdarlar da qələbəni, uğurlu nəticələri görə bilmədiklərinə görə umduqları yerdən küsüblər.  Hətta komandalar oyunöncəsi meydanda isinmə hərəkətləri etdiyi vaxt ağdamlı azarkeşlərin “Neftçi”, özün burdasan, azarkeşin hardadı?” deyərək, rəqibin bostanına daş atdılar.
 
Amma matç başlayandan sonra göründü ki, “Neftçi” fanatları oyuna gəlməməklə ən yaxşı qərarı qəbul ediblər. Çünki “Qarabağ”ın 2-ci heyətinə məğlub olan komandanın bu oyunundan sonra onların nə hisslər keçirəcəyini, mövcud duruma necə etiraz edəcəyini təxmin etmək elə də çətin deyil. Yenə də etirazını çılğın şəkildə bildirəcək, kimlərsə gecəni polis bölməsində keçirməyə məcbur olacaqdı. Avrokuboklarda aldığı ardıcıl zərbələrdən sonra “Qarabağ”ın hətta uzun müddətdi heyətə düşməyən futbolçularına qarşı müqavimət göstərə bilməyən “ağ-qaralar”ın oyunu gələcəyə nikbin baxmağa əsas vermir.
 
İlk dəqiqələrdən hücuma atılan meydan sahibləri 24-cü dəqiqədə istəyinə çatdı. Cərimə zərbəsindən qaldırılan topu Əl Hərbi Əl Jadeyui qapıya yönləndirsə də, “dəri kürə” əvvəlcə dirəyə, ardınca isə Jayroya dəyərək tora daxil oldu. Ümumiyyətlə, brazilyalının mövsümə çox pis başladığını demək olar. 1-ci turda qırmızı vərəqə alıb, ötən matçı buraxan futbolçu bu dəfə də avtoqolla yadda qaldı.
 
İlk hissənin qalan dəqiqələrində tərəflərdən heç biri qapılara yol tapmasa da, 2-ci yarı qolla başladı. Hətta  qol o dərəcədə tez alındı ki, oyunun diktoru Ramiz Qafarov da yerini almadığından onun elan edilməsi bir az gecikdi.
 
Qolda isə bütün “Neftçi” müdafiəsinin günahı vardı: arxa xətt oyunçularının başını gicəlləndirən Namiq Ələsgərovun zərbəsindən sonra top qapıçı Santiniyə, sonra isə tirə dəyərək Mahir Mədətovun önünə düşdü, o isə bu fürsəti qaçırmadı – 2:0. Bu epizodda bakılıların arxa xətt oyunçuları matçı tribunadan izləyənlərdən heç nə ilə fərqlənmirdi.
 
Artıq böyük ölçüdə qələbə təmin olunduğundan baş məşqçi Qurban Qurbanov yeni transfer Dino Ndlovunu da meydana buraxdı. Fəallığı ilə seçilən afrikalı hücumçu hətta debüt oyununda fərqlənməyə yaxın oldu. Amma onun zərbəsindən sonra top dirəyə dəyərək çölə çıxdı. Buna baxmayaraq, o, komandasının vurduğu 3-cü qola töhfəsini verdi. Məhz Ndlovu mərkəzdə ələ keçirdiyi topu Migel Madeyraya ötürdü, ispan fubolçunun qapı önünə göndərdiyi topu isə Əl Jadeyui qapadı – 3:0.
 
Görüşdən sonra Vəli Qasımov danışmağa söz tapmadı. Axı, belə oyundan sonra nə danışasan ki? Turun ən uğursuz məşqçisi komandanı tezliklə toparlaya bilməsə, 6-cı yerdən yuxarını yuxusunda da görməyəcək.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm