Bizi izləyin

Müsahibə

Elxan Məmmədov: "Millimiz seçmə mərhələyə tam hazırdır"

AFFA-nın baş katibi Elxan Məmmədovun futbolinfo.az saytına m&uuml…

blank

AFFA-nın baş katibi Elxan Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Həvəskar futbolçuların "MFL San Marino Kuboku"nun final oyununu izlədiniz, mükafatlandırma mərasimini kənardan izlədiniz. Necə təəssürat yaratdı? Özünüz meydana çıxmaq istəmədiniz?
– Sözün düzü, çox istəyirdim. 90-ci illərin sonu-2000-ci illərin əvvəlində mənimlə birgə oynamış futbolçuları, idmançıları burada gördüm. O vaxt birgə həvəskar liqasında iştirak etmişdik. Bu gün də böyük həvəslə oynamaq istədim. Mənə bu gün məlumat verdilər ki, MFL təşkilatı gələn aydan uzun müddətli çempionat yaratmaq istəyir. Orada hər bir həvəskarın iştirak etmək imkanı olacaq. Sözün düzü, mən artıq ciddi düşünürəm ki, dostlarla bir komanda yaradaq və biz də oynayaq. Çünki biz peşəkar futbolçular deyilik axı. Ona görə rahat oynaya bilərik. Bu gün çox gözəl bayram ab-havası var idi. Sevindirici haldır ki, insanlar cavanlar, idmanla yaşayırlar. Bu, yaxşı haldır.
 
– Azarkeşlər haqda nə deyə bilərsiniz? Maşallah, bəzi çempionat oyunlarından çox idi…
– Sözün düzü, düşünürəm ki, belə oyunlara daha çox azarkeş, ailə üzvləri də gələ bilər. Onlar da öz yaxınlarına azarkeşlik edə bilərlər. Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev də burada idi. Onunla bu məsələni müzakirə etdik. Belə bir fürsət varsa, bundan yararlanmaq lazımdır. Burada uşaq meydançaları yaratmaq lazımdır ki, insanlar öz ailələri ilə gəlsinlər, uşaqları da burada oynasın, istirahət etsinlər. Gördüyünüz kimi, yanda olan meydançada uşaqlar futbol oynayırdılar. Bu da sağlam həyat tərzinin keçirilməsidir və idmanın yaxşı bir təbliğatıdır. Belə həvəskar turnirlər, yarışlar nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır.
 
– Məlum olduğu kimi, bu tip yarışlar dünyada var. Bu, turnir idi. Bəs çempionatının qalibinin AFFA-nın dəstəyi ilə hansıxa beynəlxalq yarışa göndərilməsi mümkündür?
– Təbii ki, bu fikir var. Açığı, bu liqanın təqdimatını eşidəndə, bəyəndik və ona görə dərhal dəstək göstərdik. Elan etdik ki, qalibləri AFFA-nın hesabına milli komanda ilə birgə San-Marinoya göndərəcəyik. Təbii ki, bunu həyata keçirəcəyik. Artıq viza məsələlərini həll edəcəyik. Növbəti mərhələ odur ki, qaliblər digər öklələrin həvəskar liqalarının qalibləri ilə oynasınlar.

– Ölkədə belə stadionlar çox olsa da, uşaqlar, valideynləri qiymətlərindən narazıdır. Bəs buranın qiyməti necıdir?
– Məncə, burada 1 saatı 50-60 manatdır. Dəqiq bilmirəm. Ola bilər ki,  daha ucuzdur. 

– Bu, baha deyil?
– Bu, onların qərarıdır. Tələbat varsa, niyə də yox? Əsas tələbat olmalıdır.

– Meydanda olan heç də mili komandanın futbolçularından geri qalmır. Ola bilər ki, San-Marino ilə oyunda yenidən meydanda görək? Xüsusilə də qalib komandanın qapıçısını…
– Artıq qeydiyyatdan keçirmək gecdir (gülür). Həmin qapıçı çox yaxşı oynadı. Təəssüflər olsun ki, futzal yığmamızın qapıçılarla işləyən məşqçisi burada yox idi. Əslində, çox yaxşı qapıçıdır. Məncə, bizdə peşəkar liqada rahat oynaya bilər. Əvvəlki illərdə oynayıb. MFL turnirində qayda var ki, minimum 3 il peşəkar futboldan kənarda olmalısan.

– Milli komandamız sentyabrda yeni seçmə mərhələyə başlayır. Robert Prosineçkinin baş məşqçisi olduğu yığmadan nə gözləyirsiniz?
– Təbii ki, ilk oyundan – San-Marino ilə səfər matçından yalnız 3 xal gözləyirik. Ümumilikdə götürdükdə, bu, Robert Prosineçki üçün yeni seçmə mərhələdir. Bildiyiniz kimi, əvvəlki seçmə mərhələdə işinə ortadan başladı. Məncə, milli komandamız hal-hazırda seçmə mərhələyə tam hazırdır. Üç yoldaşlıq görüşü keçirdik. Bu, may-iyun aylarında oldu.

– Yeni futbolçular – Emin Mahmudov, Ramil Şeydayevin gəlişi ilə milli komandamıza marağı daha da artıracaq. Hər halda, "Trabzonspor" və “Boavişta"nın futbolçularının millidə oynaması fürsəti hər dəfə ələ düşmür.
– Təbii ki. Biz çox sevindik ki, Ramil Şeydayevlə Emin Mahmudov Azərbaycan millisində doğma yığmalarına oynamağa razılıq verdilər. Bu futbolçulara böyük ümidlərimiz var. Çünki gənc futbolçulardır. Təbii ki, Emin daha yaşlıdır. Ancaq cəmi 24 yaşı var. 

– Mahmudov 1992, Şeydayev isə 1996-cı il təvəllüddür…
– Bəli. Ramil peşəkar karyerasını demək olar, yeni başlayıb. Türkiyəyə getməsi də sevindirici haldır. O, "Trabzonspor"un futbolçusudur. Əsas odur ki, start heyətində oynasın.

– Dəniz Yılmaz San-Marino yığması ilə rəsmi oyun çağırılan heyətdə yoxdur. Onun məsələsi nə yerdədir?
– Açığı, Dənizlə bağlı sürpriz xəbəri vermək istəyirdik. Ancaq o, artıq Türkiyə mətbuatına xəbər verib. Biz onun Azərbaycan yığmasında oynaması ilə bağlı FİFA-ya müraciət etdik. FİFA-nın müvafiq komitəsi qərar qəbul etməlidir. Dənizin oynamaq varinatı indinin məsələsi deyil. Onunla son 2 il yarımda əlaqə saxlamışdıq. Bir dəfə Bakıya da gəlmişdi. O zamanlar razılığını bildirdi. Ancaq son aylarda millimizdə oynamaqla bağlı daha da təşəbbüs göstərdi. Biz düşündük ki, niyə də yox? Burayla bağlantısı varsa və futbolçu özü milli komandada oynamaq istəyirsə, ona bu şansı vermək lazımdır. Hal-hazırda FİFA-nın qərarını gözləyirik. Çünki bildiyiniz kimi, Yılmaz Türkiyənin gənclər yığmasında oynayıb. Buna görə də FİFA-nın müvafiq qərarı olmalıdır. Dəniz Türkiyənin U-17 yığmasında oynayıb, hətta Avropa çempionatının qalibi olub.

– "Qəbələ", “Neftçi", "Qarabağ"ın Avropa Liqasında qrupa düşməsindən, avrokuboklarda uğurlar qazanmasından sonra bu seçmə mərhələ millimiz üçün adından söz etdirmək üçün bir imkan deyilmi?
– Təbii ki, klublarımızın 2012-ci ildən mütəmadi olaraq qrupda oynaması çox gözəl bir haldır. "Neftçi" bu qapını açdı və ayağı yüngül oldu. Bundan sonra “Qarabağ"la "Qəbələ” qrup mərhələsinin iştirakçısı oldu. Ümid edirəm ki, onlar bu il də bizi məyus etməyəcəklər və yenə qrupa düşəcəklər. Klublarımız qrupda oynayanda azərbaycanlıların Avropa Liqasına marağı daha da artır. Minimum dekabrın sonunadək Avroliqanı diqqətlə izləyirik və azarkeşlik edirik. Bu, milli üçün də yaxşıdır. Çünki oradakı futbolçular mütəmadi oynamaqla beynəlxalq təcrübə qazanırlar. Hərdənbir deyirlər ki, məsələn, “Qəbələ"də milli komandanın 1-2 futbolçusu oynayır. O da minimum komandanın 10 faizdir.

– Azərbaycanda 2 dəfə çempion olmuş “Bakı" klubu artıq tarixin yaddaşına köçdü. Eləcə də "Xəzər Lənkəran", "Simurq". Bu haqda nə deyə bilərsiniz?
– Təbii ki, çox təəssüfvericidir. Biz AFFA olaraq onlara dəstək olmağa çox çalıdşıq. Problem ondadır ki, FİFA-nın saksiyasına düşən kluba tam dəstək göstərə bilmirik. Yaxud onun borclarını bağlamalıyıq. Təbii ki, bu da AFFA üçün bir problemdir. "Xəzər Lənkəran", “Bakı" klubunun çox gözəl bazaları var. Təəssüf ki, indi az istifadə olunur. Ancaq daha çox istifadə oluna bilərdi. Ümid edirəm ki, həmin klublar bərpa oluanacaqlar və onları birinci divizonda daha aktiv, Premyer Liqada görəcəyik. Hazırda Azərbaycan futbol klub səviyyəsində minimum həddə gəlib çatıb. Ancaq bundan sonra say artacaq və növbəti mövsüm Premyer Liqada 10-12 komanda iştirak edə biləcək.
 
– Növbəti seçmə mərhələdə milli komandamızın ev oyunlarında stadionda rotasiya gözlənilirmi? Oyunların Bakı Olimpiya Stadionuna və yaxud "Əlincə Arena"ya salınması mümkündür?
– Çox güman ki, rotasiya olacaq. Biz oyunların əksəriyyətini Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırıdırdıq. Ancaq məsələyə baş məşqçi ilə baxdıq, düşündük. Gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarını da nəzərə almaq lazımdır. Bunların hamısı nəzərə alınaraq digər stadionlar da istifadə olunacaq. UEFA-nın tövsiyyəsi var ki, seçmə mərhələdə bir stadion istifadə olunmalıdır. Biz artıq UEFA-ya məlumat göndərmişik ki, Bakıda 2 stadionda istifadə etmək hüququmuz olsun. Əsas stadion Bakı Olimpiya Stadionu olacaq. Ehtiyat variant ya "Bakcell Arena", ya da Tofiq Bəhramov adına Respublika stadionu olacaq.

– Əyalət yenə olmayacaq?
– Yox. olmayacaq. Təəssüf ki, bölgədə belə stadionumuz yoxdur.

– Bəs "Əlincə Arena?
– Tamaşaçı tutumu azdır.

D

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm