Ölkə futbolu
Elnur Cəfərov Xorvatiyanın hansı klubuna keçə bilər?
Portuqaliyanın “Tondela” klubundan göndərilən Azə…
Portuqaliyanın “Tondela” klubundan göndərilən Azərbaycan milli komandasının üzvü Elnur Cəfərov hazırda ölkədədir. Onun yenidən legioner həyatı yaşamaq üçün cəhd edəcəyi söylənilir.
Məlumata görə, Cəfərov bu dəfə millimizin baş məşqçisi Robert Prosineçkinin vətəni Xorvatiyaya üz tutacaq. Onun Xorvatiyanın iki klubu ilə danışıqlar apardığı söylənilir. Əldə etdiyimiz informasiyaya görə, oyunçunun “Hayduk”a keçmək şansı çoxdur.
Qeyd edək ki, hazırda “Neftçi”nin uğurları üçün çalışan Ruslan Qurbanov da vaxtilə “Hayduk” forması geyinib.