I Liqa
Məmmədovun “Mil Muğan”a gedişi baş tutmadı
“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi…
“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Elbrus Məmmədovun I Divizion təmsilçisi “Mil Muğan”da çalışacağını xəbər vermişdik. Çalışdırıcı yaxın dostu Aqil Məmmədovun köməkçisi postunu tutmalı idi və hətta vəziyyətlə tanış olmaq üçün İmişliyə də yollanmışdı.
Amma əldə etdiyimiz son məlumata görə, Məmmədov “Mil-Muğan”da işləməkdən imtina edib.
Qeyd edək ki, Elbrus Məmmədov “Xəzər Lənkəran”dan başqa “Neftçi”də köməkçi məşqçi postunu da tutub.