Ölkə futbolu
“Qəbələ” – ən böyük müəmma
“Elə də çətin qrupa düşmədik. Xüsusən də…
“Elə də çətin qrupa düşmədik. Xüsusən də, “Anderlext” və “Sent-Etyen” üçün münasib qrup olduğunu düşünürəm” – bunu “Maynts”ın idman direktoru Ruven Şröder deyib.
Bu gün Avropa Liqasının püşkatma mərasimi keçirilib. C qrupuna düşən Almaniya klubu “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və Azərbaycan təmsilçisi “Qəbələ” ilə qarşılaşmalı olacaq.
Klubun rəsmi saytına açıqlamasında püşkatmanı dəyərləndirən Şröder sevincini gizlətməyib. O, “Qəbələ” barədə də fikir bildirib: “Yaxşı balanslaşdırılmış qrupdu. Təbii ki, ilk baxışdan “Sent-Etyen” və “Anderlext” qrupun favoritləridi. Amma bizim də yaxşı şansımız olacaq. Burda hamımız üçün ən böyük müəmma isə “Qəbələ”di”.
Almaniya klubunun prezidenti Harald Ştruts da püşkün nəticəsindən razı qaldığını bildirib: “Əlbəttə ki, hər kəs “Mançester Yunayted”i arzulayırdı. Amma “Anderlext” və “Sent-Etyen” də cəlbedici komandalardı. Qrup mərhələsində möhtəşəm azarkeşlərimizin dəstəyi ilə uğurlu çıxışa ümid edə bilərik. İndidən nəyəsə proqnoz vermək çətindi. Təbii ki, “Qəbələ”ni də siyahıdan silmək olmaz. Fikrimcə, özümüzü göstərmək üçün yaxşı şans əldə etmişik”.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”