Ölkə futbolu
“Qəbələ” və “Qarabağ”ın qrup oyunlarının başlama saatları
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq &ldqu…
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” və “Qəbələ”nin rəqibləri və qrupların təqvimi artıq bəllidir. Futbolinfo.az xəbər verir ki, təmsilçilərimizin hələlik, yalnız ev matçlarının saatları müyyənləşməyib.
UEFA Avroliqanın qruplarındakı bütün qarşılaşmaların saatlarını açıqlasa da, Azərbaycanla bağlı istisnanı da qeyd edib. Hazırkı təqvimə əsasən, “Qəbələ” C qrupunda II turda “Maynts”ı, V turda “Anderlext”i, J qrupunda yer alan “Qarabağ” isə I turda “Slovan”ı və VI turda “Fiorentina”nı Bakı vaxtı ilə saat 23:05-də qəbul etməlidi.
Lakin təmsilçilərimiz adətən Avrokubokdakı ev qarşılaşmalarını 21:00-da keçirirlər. Çox güman ki, yenə təqvim buna uyğun dəyişdiriləcək. UEFA-nın rəsmi saytında da Azərbaycan, Rusiya və Qazaxıstanda keçiriləcək qarşılaşmaların saatlarının avqustun 30-da təsdiqlənəcəyi xüsusi vurğulanıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə