Dünya futbolu
Ziya Əzizov Hollandiyada növbəti matçını keçirdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 5-ci …
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "NAC Breda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ziya bu görüşün 32-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Den Boş" 5 turdan sonra 4 xalla 20 komanda arasında 17-cidir.