Bizi izləyin

Ölkə futbolu

"Qarabağ"ı qrupdan çıxardıq. Hələlik hesablamalarla…

Tanıdıq. Avropa Liqasının qrup mərhələsində çıxış ed…

blank
Tanıdıq. Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” və “Qəbələ”nin yaz mövsümünə vəsiqə qazanmaq uğrunda hansı komandalarla qarşılaşacağı artıq məlumdu. İndi növbə rəqibləri təhlil edib, ilk iki pillədən birinə sahib olmanın yollarını aramalıyıq.
 
Bu yazıda Azərbaycan çempionunun düşdüyü qrupa nəzər yetirəcəyik. “Qarabağ”ın rəqiblərindən “Fiorentina”nın tanıtıma ehtiyacı yoxdu. “Bənövşələr” İtaliya kimi ölkədə ad-san qazanıbsa, Avropa Liqasının istənilən qrupunun favoriti olmaları şübhəsizdi. Hansısa uğura imza atmaq istəyirsənsə, vəziyyətə düzgün qiymət verib, “ayağını yorğanına görə uzatmalısan”.
 
Ağdam təmsilçisinin qrupunda yer alan digər iki rəqib Yunanıstan PAOK-u və Çexiya “Slovan”ıdı. Çexiya təmsilçisini artıq “dişinə vuran” Azərbaycan çempionu üçün “Slovan” qorxulu ola bilməz. PAOK-a gəlincə, yəqin ki, ağdamlıların qrup ikinciliyi uğrunda əsas rəqibi məhz Ellada təmsilçisi olacaq. Ancaq burda da maraqlı məqam var. İndiyədək heç bir yunan klubu Azərbaycan təmsilçilərini məğlub edə bilməyib. Baş tutan 4 qarşılaşmanın hər birində bərabərlik qeydə alınıb. Özü də bütün bu matçlar “Qəbələ”nin iştirakı ilə keçirilib. Ötən mövsüm “Panatinaikos”la evdə qolsuz bərabərliyə qalan Roman Qriqorçukun yetirmələri səfərdən sərfəli 2:2 ilə dönərək, pley-off mərhələsini uğurla aşdılar. Qrup mərhələsində isə PAOK-a qarşı baş tutan hər iki matç bərabərliklə nəticələndi. Bütün bunlar Azərbaycan çempionunun PAOK-dan zəif olmaması anlamına gəlir.
 
Ancaq bu cür turnirlərdə plan təqvimə uyğun tutulmalıdı. İlk turda “Qarabağ” “Slovan”ı qəbul edəcək ki, bu oyunda mütləq qələbəyə oynamaq gərəkdi. Çünki uğurlu nəticə istəyən komanda qrup autsayderi göstərdiyimiz rəqibi ilə doğma “divarlar arasında" keçirilən matçda xal itirməməlidi. Paralel oyunda isə PAOK italyanları qəbul edəcək. Bu matçda “Fiorentina” ağırlığını qoysa, Yunanıstanda məğlub olmayacaq. Nəzərə almaq lazımdı ki, Azərbaycan çempionunun əsas rəqibi məhz Ellada təmsilçisi olacaq və belədə, ilk turdan sonra PAOK-un turnir cədvəlində bizdən aşağıda dayanması müsbət hal olacaq.
 
Növbəti turda təmsilçisimiz “Fiorentina”nın qonağı olacaq. Bax, burada tam fərqli bir hədiyyə etmək mümkündü. Onsuz da ağdamlıların İtaliyadan xalla dönmək şansı minimaldı. Niyə də Qurban Qurbanov əsas heyətin bütün üzvlərinə istirahət verib, gəncləri döyüşə atmaya? Böyük hesabla uduzmaq? Qrup mərhələsində xallar hesablanır, ev/səfər sistemi tətbiq edilmir. Doğrudu, nəzəri cəhətdən yekun cədvəldə top fərqi də rol oynaya bilər. Ancaq tərəzinin bir gözündə ehtimal olunan top fərqi dayanırsa, digəri bundan qat-qat ağır görünür. Çünki heyətə nadir hallarda düşən futbolçular əllərinə düşən istənilən şansdan maksimum yararlanmağa, baş məşqçiyə özlərini sübut etməyə çalışırlar. Eyni zamanda, texniki cəhətdən əsas heyət oyunçularına uduzsalar da, psixoloji baxımdan üstün durumda olacaqlar. Məlum məsələdi ki, onlar əliyalın tankın üstünə getmək üçün döyüşə atılacaqlar və üzərlərində heç bir təzyiq olmayacaq. Həm də mövsümün qızğın vaxtında aparıcı simaların dincəlməsi lap yerinə düşər.
 
Əlbəttə, bu, bizim versiyamızdı. Ancaq baş məşqçi bu “gizli silah”dan istifadə etsə, buna təəccüblənmərik, əksinə, alqışlayarıq. “Slovan” – PAOK matçında meydan sahibləri ilk xallarını toplamağa çalışacaqlar. Buna nail olsalar, heç də pis olmaz. Hər halda, evdə oynamaları belə bir şansın reallaşması ehtimalını artırır.
 
Oktyabrın 20-də baş tutacaq 3-cü turun qarşılaşması “Qarabağ” üçün “həlledici” statusu daşıyacaq. PAOK-la evdəki oyunda mütləq qələbə qazanmaq lazımdı. Ki, bundan sonra yunanların qrupdan çıxmaq şansı minimuma ensin. Nəticədə, növbəti turlarda da rəqib psixoloji təzyiq altında olacaq.
 
Növbəti 2 oyunu Qurban Qurbanovun yetirmələri səfərdə keçirəcəklər: əvvəlcə PAOK, ardınca isə “Slovan” a qarşı. Bu 2 matçdan 2 xalla ayrılmaq mümkün olsa, ağdamlıları daha bir tarix yazmaq münasibəti ilə təbrik etmək olacaq. Bütün hallarda, Çexiyada büdrəmək olmaz. Hərçənd, Yunanıstandan gələn xal daha əhəmiyyətli olar. Axı, belədə PAOK da 2 xal itirmiş olacaq.
 
Nəhayət, son turda çempionumuz “Fiorentina”nı qəbul edəcək. “Bənövşələr”in həmvətənləri “İnter”lə görüşdə Miroslav Zelinkanın hoqqabazlığı nəticəsində 1/16 finala yüksəlmək şansını qaçıran “Qarabağ” üçün məhz italyanlarla görüşdə bu uğuru rəsmiləşdirmək həm də mənəvi cəhətdən xoş olar. Həmin vaxtadək “Fiorentina”nın 1-ciliyi təmin edəcəyini düşünürük və belədə, çətin ki, qonaqlar son oyunda dəridən-qabıqdan çıxsınlar. Hər halda, son turda qeydə alınacaq heç-heçə də “süvarilər” üçün uğurlu nəticə sayılacaq.
 
Bizim proqnoz:
1. Fiorentina   6   14
2. Qarabağ     6    9
3. PAOK         6    6
4. Slovan       6    2
 
CEYHUN ƏLİYEV

 

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Digər idman növləri2024-05-03 16:43

Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlandı

blank
Digər idman növləri2024-05-03 16:28

“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 16:11

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

blank
Ölkə futbolu2024-05-03 15:54

Baş məşqçi öz futbolçularını söydüyünə görə cəzalandı

blank
Digər idman növləri2024-05-03 15:37

Azərbaycan birinciliyinin final oyunlarının vaxtı bilindi

blank
Ölkə futbolu2024-05-03 15:20

Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlandı

blank
Ölkə futbolu2024-05-03 15:05

“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm