Milli komanda
Azərbaycan millisi Çexiyanı da məğlub edib, finala çıxdı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtal…
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Kataniya şəhərində təşkil olunan Avropa Liqasının Super Final mərhələsində növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, millimiz qrupdakı üçüncü – sonuncu oyununda Çexiya yığması ilə qarşılaşıb.
Futbolçularımız çexləri də 5:1 hesabı ilə məğlub ediblər. Orxan Məmmədovun, Elvin Quliyevin hərəyə bir, Ramil Əliyevin isə iki dəfə fərqləndiyi matçda bir avtoqol qeydə alınıb. Gərgin mübarizə şəraitində keçən oyunda Çexiya komandasının yeganə qolunu avtoqolun müəllifi Yaroslav Kovarik vurub.
Əvvəlki oyunlarında Türkiyəyə 5:3, İngiltərəyə isə 2:0 hesabıyla qalib gəlmiş millimiz qrup birincisi olub. Nəticədə, komandamız digər qrupda maksimum nəticə göstərən Macarıstanla qarşılaşmaq hüququ qazanıb.
Yığmamız Macarıstanla final qarşılaşması avqustun 28-də baş tutacaq.