Dünya futbolu
Millimizin üzvü "Fənərbaxça"ya qol vurdu
Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilib. …
Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası – "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Fənərbaxça" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Ufuk bu görüşün 82-ci dəqiqəsində, hesab 2:2 olarkən meydana çıxıb. Bundan cəmi 8 dəqiqə sonra millimizin üzvü qol vurub. Amma komandası qələbə hesabını qoruya bilməyib. 38-ci dəqiqədən etibarən azlıqda qalan "Fənərbaxça" 90+3-cü dəqiqədə məğlubiyyətdən qaça bilib.
Qeyd edək ki, "Kayserispor" 2 turdan sonra 1 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.