Milli komanda
AFFA prezidenti millimizin üzvlərinə uğur arzulayıb – FOTOLAR
AFFA-nın prezidenti Rövnəq Abdullayev Mərdəkan qəsəbəsind?…
AFFA-nın prezidenti Rövnəq Abdullayev Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində Azərbaycan milli komandası ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, görüşdə AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Məmmədyarov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, bütün futbolçuların qarşılaşmalara yüksək səviyyədə köklənməsinin önəmini vurğulayıb. Baş məşqçi ilə ayrıca görüşdüyünü qeyd edən assosiasiya prezidenti komandaya böyük ümidlər bəslədiyini qeyd edib. Elmar Məmmədyarov, İsgəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov çıxış edərək futbolçulara uğurlar arzulayıb.
Baş məşqçi Robert Prosineçki və millinin kapitanı Rəşad Sadıqov AFFA rəhbərliyinə xoş arzulara görə təşəkkür edib, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino yığmasına qalib gəlmək üçün bütün futbolçuların böyük əzmlə hazırlaşdığını, komandada yüksək əhval-ruhiyyənin olduğunu deyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı