Ölkə futbolu
Azərbaycan futbol ailəsinin 10000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA t…
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Futbolinfo.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 10 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 10000-ci üzvü U-13 Liqasında çıxış edən Kürdəmir rayonunun Mürtülü kəndini təmsil edən Mürtülü komandasının üzvü Məhəmməd Vahid oğlu Seyidlidir.
Qeydiyyat prosesi “Futbola Qoşul” onlayn sistemi vasitəsilə həyata keçirilib.