Milli komanda
Millimizin qrupunda daha bir oyun baş tutdu
21 yaşadək futbolçular arasında (U-21) Avropa çempion…
21 yaşadək futbolçular arasında (U-21) Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 7-ci qrupda daha bir oyun keçirilib. Futbolinfo.az xəbər verir ki, Finlandiya millisi öz meydanında Avstriyanı qəbul edib.
Görüş qonaqların minimalhesablı qələbəsi ilə tamamlanıb. Bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran Avstriya ikinci pillədəki mövqeyini möhkəmləndirib. Finlandiya isə əvvəlki kimi 12 xalla üçüncüdür.
Qeyd edək ki, 7 xalla qrupda dördüncü olan U-21 millimiz sentyabrın 6-da Bakıda autsayder Farer adalarını qəbul edəcək.