Dünya futbolu
“Trabzonspor” millimizin üzvünü neçəyə alıb?
Türkiyənin "Trabzonspor" klubunun millimizin üzv&…
Türkiyənin "Trabzonspor" klubunun millimizin üzvü Ramil Şeydayevin transferi üçün ödədiyi məbləğ müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Trabzon təmsilçisi 20 yaşlı forvarda görə "Zenit"ə 200 min avro ödəyib.
Qeyd edək ki, "Trabzonspor" Ramil Şeydayevlə 4 illik müqavilə imzalayıb. Klub futbolçunun maaşını açıqlasa da, onun transfer qiymətini elan etməmişdi.
Futbolçumuz Türkiyədə 4 il ərzində 1 milyon 630 min avro qazanacaq. Belə ki, o, 2016/17 mövsümündə 430, 2017/18 mövsümündə 350, 2018/19 mövsümündə 400, 2019/20 mövsümündə isə 450 min alacaq.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”