Dünya futbolu
UEFA "Roma"nın oyunçularını sərt cəzalandırdı
UEFA İtaliyanın "Roma" klubunun iki futbolçusunu c?…
UEFA İtaliyanın "Roma" klubunun iki futbolçusunu cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, bunlar yarımmüdafiəçilər Daniele de Rossi və Emersondu.
Hər iki futbolçu Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə qırmızı vərəqə almışdı. Kapitan De Rossi buna görə, 3 oyunluq diskvalifikasiya olunub. Onun kobud oyunu nəticəsində zədələnən rəqib oyunçu Maksi Pereyra isə 3 ay meydana çıxa bilməyəcək. Emerson isə iki oyunluq cəzalandırılıb.
Qeyd edək ki, ÇL-də mübarizəni dayandırdığı üçün Avropa Liqasında mübarizə aparmaq məcburiyyətində qalan və E qrupunda yer alan "Roma" ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt klubu Çexiyanın "Viktoriya" klubunun qonağı olacaq. Hansı ki, bu klub cari mövsümdə Azərbaycan çempionu "Qarabağ"ın ÇL-dəki yolunu kəsmişdi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi