Dünya futbolu
Samir Məsimov qol vurdu, “Domjale” qalib gəldi
Azərbaycanlı futbolçu Samir Məsimovun top qovduğu Sloveniya…
Azərbaycanlı futbolçu Samir Məsimovun top qovduğu Sloveniyanın “Domjale” klubunda baş məşqçi dəyişikliyi olub. Futbolinfo.az xəbər verir ki, Luka Elsner “sarı-göylər”lə yollarını ayırıb.
2013-cü ildən bu komandanın sükanı arxasında olan 34 yaşlı mütəxəssis ölkənin daha samballı klubu olan “Olimpiya” ilə anlaşıb.
Həmyerlimizin “Domjale”dəki yeni məşqçisi də bəlli olub. Belə ki, bundan sonra klubu Simon Rojman çalışdıracaq.
Artıq Rojman “Domjale”nin “sükanı arxasında” ilk oyununu da keçirib. Əsas komanda ilə klubun U-19 komandası arasındakı yoxlama oyunu böyüklərin darmadağını ilə yekunlaşıb – 4:0.
Məsimov oyunun 86-cı dəqiqəsində vurduğu qolla komandasının qələbəsinə töhfə verib.