Premyer-liqa
PFL AZAL – "Qarabağ" və "İnter" – "Zirə" matçlarının vaxtını dəyişdi
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən …
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Topaz Premyer Liqasının 4-cü turunda keçirilməli olan AZAL – “Qarabağ” görüşünün vaxtının və yerinin dəyişdirilməsini istəyib. AZAL klubunun da razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib:
– Topaz Premyer Liqasının IV turunun AZAL – “Qarabağ” oyunu “Qarabağ” – AZAL oyunu kimi qeydə alınsın və matç 10.09.2016-cı il tarixdə deyil, 09.09.2016-cı il tarixdə “Əlincə Arena”da keçirilsin.
– Klublar arasında baş tutacaq X turun oyunu AZAL – “Qarabağ” matçı kimi göstərilsin.
Bundan əlavə, 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandası 7 oktyabr tarixdə Helsinki şəhərində Finlandiya U-21 yığması ilə rəsmi oyun keçirəcək. Bununla əlaqədar olaraq, millimiz 2 oktyabr tarixindən etibarən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində “İnter” və “Zirə” klubunun futbolçuları da yer alacaq. Bütün bunları nəzərə alaraq, Topaz Premyer Liqasının VII turunun “İnter” – “Zirə” matçı 02.10.2016-cı il tarixdən 30.09.2016-cı il tarixinə keçirilib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı