Ölkə futbolu
“Bakı” həvəskar liqada!
“Bakı” futbol klubu yeni mövsümdən etibarən h…
“Bakı” futbol klubu yeni mövsümdən etibarən həvəskarlar liqasında çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, bu haqda qol.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. Onun sözlərinə görə, komanda 2016/17 mövsümün üçün birinci dəstəyə buraxılmasa da, fəaliyyətini dayandırmayıb.
“Hazırda bazamızda məşqlər davam etdirilir. Bir ay ərzində həvəskarlar arasında növbəti Azərbaycan çempionatı başlayacaq və “Bakı” o yarışda iştirak edəcək”.
Xatırladaq ki, “Bakı” FC iki dəfə (2005/2006 və 2008/2009 mövsümündə) Azərbaycan çempionu olub. 2015-ci ildə maddi vəziyyəti pisləşən klub birinci diviziona düşüb. 2016/17 mövsümündə isə komanda birinci diviziona da buraxılmayıb. AFFA buna səbəb kimi klubun tələb olunan bank təminatını ödəyə bilməməsini göstərib.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”