Dünya futbolu
“Qarabağ”ın rəqibi baş məşqçisiz qala bilər
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki r…
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina”da baş məşqçi problemi yaşanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Florensiya klubunun çalışdırıcısı Paulo Souza vəzifəsindən ayrılmaq qərarına gəlib.
Portuqaliyalı mütəxəssis buna səbəb kimi klub rəhbərliyinin transfer siyasətini göstərib. Belə ki, rəhbərlik yay transfer dönəmində 46 yaşlı çalışdırıcının yox, öz istəklərinə görə oyunçular alıb. Bundan narazı qalan Souza vəzifəsindən ayrılacağını rəhbərliyə bildirib. Ötən ildən “Fiorentina”nın “sükanı arxası”nda olan Souza karyerasını vətəni Portuqaliyada davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, "Fiorentina" Avropa Liqasının J qrupunda "Qarabağ", "Slovan" və PAOK-la mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı