Premyer-liqa
“Neftçi” “Qəbələ” önünə itkilərlə çıxacaq
Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qəbələ&rdq…
Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib.
O bildirib ki, kollektiv milli komandalarda olan və zədədən əziyyət çəkən oyunçularsız məşqlərini davam etdirir. Paytaxt təmsilçisi sentyabrın 10-dakı matçda 4 oyunçunun xidmətindən məhrum olacaq. Bunlar müdafiəçilər Dario Melnyak, Məqsəd İsayev, həmçinin yarımmüdafiəçilər Murad Ağayevlə Elşən Abdullayevdi.
Adıçəkilən futbolçulardan müdafiəçilər cari mövsümün ilk 3 turunun hər birində iştirak edib. Ağayev zədə səbəbindən III turda meydana çıxmayıbsa, Abdullayev cari mövsümdə hələ forma geyinməyib. Klub rəsmisi bu 4 oyunçunun böyük ehtimalla qarşıdakı görüşü buraxacağını söyləyib.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu sentyabrın 10-da “Əlincə” stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı