Bizi izləyin

Ölkə futbolu

Tapşırıqla işləyən Vahabzadənin fiaskosu

Utanmasan oynamağa nə var ki? Qızarmadan Farer adaları ilə ev he&…

blank
Utanmasan oynamağa nə var ki? Qızarmadan Farer adaları ilə ev heç-heçəsini "əzmkarlıq nümunəsi" kimi də qələmə vermək olar.
 
Yaşar Vahabzadə də bunu etdi. 21 yaşlılarımızın baş məşqçisi 1:1 hesabı ilə bitən matçdan sonra hətta istefa yox, növbəti oyun haqda düşündüyünü də gizlətmədi.
 
"Arxalı köpək qurd basar" – lətifəsi ondan uzaq, amma Yaşar bəy o qədər arxayındı ki, biabırçılığı vecinə də almır, 10 ildi heç bir nəticə vermədən bütün milli komandaları dolaşır, day-daylarının hesabına yaşayır, dolanır.
 
Onun qara qaşına, gözünə vurulmayıblar, sadəcə, xaraktersizdi, söz sahibi deyil, postunda qalmaq, iş sahibi olmaq üçün istənilən tapşırığı yerinə yetirir. Belə üzüyolanı kim danlar, kim istefaya göndərər ki?
 
***
 
Avropa çempionatının seçmə mərhələsində 9-cu oyuna çıxan millilərimiz Fareri yenib xallarını ikirəqəmli etmək istəyirdi. Rusların bu mərhələni "yola verməsi" üzündən sensasiyaya imza atan millilərimiz onlardan 4 xal alıb, üstəlik, hamının yendiyi adalıları səfərdə məğlub etmişdi. Farer üzərində növbəti qələbə sayəsində xal ehtiyatını artırmaq olardı. Amma, ancaq, lakin…
 
Start heyətinə baxanda dalağım sancdı. Budaq Nəsirov və Fəhmin Muradbəylini ehtiyatda saxlayan baş məşqçi İlter Taşkın və Elnur Cəfərovu oyuna buraxmışdı. Vahabzadənin nə fikirləşdiyi özünə qalsın, oyun praktikası olmayan sonunculardan nəsə gözləməyə dəyməzdi. 6 aydı rəsmi oyuna çıxmayan İltərlə Elnur yalnız rəqibin zəif olması üzündən şans qazana bilərdi. Zəif rəqiblə görüşdə onların çatşımazlıqları görünməməliydi. Ancaq onlar o qədər bərbad idi ki…
 
***
 
– Budaq Nəsirova şans tanımamağınız nə ilə bağlıdı?
– Oyun praktikası yoxdu.
 
– Bəs, Elnur Cəfərovun praktikası var idi?
– Xeyr, Elnura dəstək olmalıyıq. Ancaq oyun göstərdi ki, Cəfərov məşqdə özünü yaxşı tərəfdən göstərsə də, oyun praktikasının yoxluğu özünü büruzə verdi.
 
– Yəni, etiraf edirsiniz ki, Elnuru start heyətində buraxmaqla səhvə yol vermişdiniz?
– Xeyr. Axı, o, məşqdə özünü yaxşı tərəfdən göstərmişdi.
 
***
 
Vahabzadənin oyundan sonra verdiyi sərsəm açıqlamaya baxın. Elnura niyə dəstək olmalıyıq? O, kimdi, nə edib ki? Bəlkə superulduzdu, müvəqqəti düşüşdə olduğu üçün yardıma ehtiyacı var?
 
Yox, səbəb başqadı. Elnur AFFA-nın himayəsindədi, assosiasiya ona klub tapır, onu transfer edir, harasa yerləşdirir, orada özünə yer tapa bilməyəndə başqa bir yerə soxuşdurur. Portuqaliyada alınmadı, Xorvatiyaya göndərdilər. Əvvəlcə, yüksək liqa klubu dedilər, sonra bəlli oldu ki, diviziona layiq bilinib. Sizi əmin edirəm – bu ağıl ilə orada da 2-3 aydan artıq qalmayacaq. Ulduz "qayırmaqla" deyil, bu uşaq istedadına xəyanət edən məsuliyyətsizin biridi və onun karyerası da çoxdan bitib, xəbəri yoxdu.
 
Yaxşı, deyək ki, Yaşar bəy həqiqətən Elnura kömək etmək istəyirdi. Lap əla! Bəs, o zaman Budaq Nəsirova niyə eyni münasibət göstərilmir? Prinsipcə vəziyyət eynidi – hər ikisi klubunda oyun praktikasına həsrətdi, hətta Budaq belə şansa daha çox layiqdi: hansısa aşağı liqa klubunun yox, Portuqaliya "Sportinq"inin üzvüdü; Elnur kimi fevraldan etibarən kənarda qalmayıb, mövsümü "Kəpəz"də bitirib; Cəfərov kimi klub-klub gəzib ortalıqda qalmayıb, sınaq matçlarında oynayıb, "Spotinq"in ikinci komandasının formasını tərlədib.
 
Bəs, bu ayrıçeçkiliyin səbəbi nədi? Əlahəzrət day-daylar! Elnur AFFA-ya bağlı menecerlərinin oyunçusudu, onların vasitəsi ilə əl ayısı kimi oynadılır, Nəsirovun transferindən isə Vahabzadənin himayədarlarına pay çatmayıb.
 
İlter Taşkın da onun kimi. AFFA-nın milliləşdirdiyi "lazımsızlar sürüsü"nün nümayəndələrindən biridi. Farerlə oyunda 90 dəqiqə ərzində faydalı hansısa iş görmədi, amma meydanda qaldı. Halbuki onun yerinə Budaq, Elnurun yerinə isə "Neftçi"nin liderinə çevrilməkdə olan Fəhmin Muradbəyli oynamalıydı.
 
***
 
"Dalğa Arena"da bir tribuna "No to racism" (İrqçiliyə yox) pankartına bürünmüşdü. Bu, UEFA-nın Bakıda keçirilən17 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatının final mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Belçika matçında azarkeşlərimizin irqçi şüarlar səsləndirməsinə görə kəsilən cəzaya görə idi. AFFA bir pankartla cəzanı yola verirdi. Halbuki bütün tribunaları belə şüarlarla örtmək lazım idi. Azarkeşsiz oyunun belə arenaya salınmasına görə müxtəlif pankartlar fikirləşmək mümkün idi. Vahabzadənin futbolçu seçimini əsas götürüb "Tapşırıqla heyət seçiminə son" da yazmaq olardı.
 
***
 
AFFA-nın baş katibi Elxan Məmmədov oyuna AFFA-nın vecsiz idman direktoru Bernard Lippert və "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə birgə baxırdı. Alman ortada əyləşmişdi ki, Məmmədov dostunun qızarıb-bozarmasını görməsin. Axı, vəzifəsi milli komandaya futbolçu hazırlamaq olan "Sumqayıt"dan start heyətində kimsə yox idi. Azər Salahlı? Gedin, aşığınızı oynadın, o, "Qarabağ"ın sizə müvəqqəti göndərdiyi futbolçudu və "Sumqayıt" yetirməsi sayıla bilməz.
 
Rəqib hesabı açarkən Elxan Məmmədovu görəydiz. Özünə yer tapa bilmirdi. Lippertdən nə soruşsun? Bu alman fərli-başlı mütəxəssis olsaydı, ötən 10 ildə Almaniyada kiminsə yadına düşərdi. Baş katib qələbənin mümkünsüzlüyünün fərqində idi. Vahabzadənin yetirmələrinin göstərdiyi oyunla heç nəyə ümid etmək olmazdı.
 
Elxan bəy dərhal digər qonaqların əyləşdiyi şüşəbəndə keçdi. Vahabzadənin yığmaya namizədliyini təklif edən, dəstəkləyən Məşqçilər Komitəsinin üzvlərinin əyləşdiyi yox, əsas millinin məşqçiləri Mahmud Qurbanov, Elxan Abdullayev və başqalarının oturduğu məkana… Onlarla nəyi müzakirə etdiyimi bilmirəm, amma ikinci hissəni bütünlüklə ayaq üstdə, narahat izlədi. Millimiz bərabərlik qolunu vurarkən əllərini başında daraqladı, sevinə bilmədi. Bilirdi ki, bu bir xal elə məğlubiyyət kimi bir şeydi.
 
***
 
Baş katib Mərdəkanı qaçaraq tərk etdi, nə jurnalistə baxdı, nə hansısa qonağa. Bu xal itkisində, bərbad oyundakı günah payını yəqin ki, anlamışdı. Meydana buraxmağı tələb etdiyi Elnur Cəfərovun 8-ci dəqiqədə "sönməsi", qonaqların qolu məhz onun kobud səhvindən sonra vurması, San-Marinonu çətinliklə yenən əsas millidən sonra daha bir cırtdanla görüşdə daha bir biabırçı oyun – bütün bunlar baş katibə baş ucalığı gətirməyəcək.
 
Sevimli məşqçisi Vahabzadənin növbəti bacarıqsızlığı da yəqin ki, onu məyus etdi. Çünki heyət çox yaxşıdı, hamısı Premyer Liqa klublarında əsas heyətdə oynayan uşaqlardı və istedadsız da deyillər. Sadəcə, Yaşar bəy o qədər savadsız məşqçidi ki, hazır, rəndələnmiş futbolçulardan ansambl qura bilmədi.
 
***
 
* Epizodların birində Farerin məşqçi köməkçisi kənara çıxan topu saxlayıb fint göstərdi, onu yubadaraq vaxt qazandı. Mahir Mədətovun onu şoumenlikdə qınamağa bəlkə də haqqı çatırdı. Sonradan bəlli oldu ki, bu məşqçi həm də operatordu. Ölkəsində nə işlə məşğul olduğunu bilmirəm, ancaq mətbuat konfransında o, həm də tədbiri kameranın yaddaşına köşürməklə seçildi.
* Oyunu izləmək üçün heç bir klubun baş məşqçisi gəlməmişdi. Halbuki meydanda, demək olar, bütün klublardan oyunçu var idi. Vəli Qasımov, Qurban Qurbanov, Adil Şükürov, Samir Abasov və başqalarının tribunada görünməsi həm komandaya dəstək, həm də futbolçuların daha məsuliyyətli olması baxımından əla olardı.
* Fasiləyə gedərkən bir polis işçisinin dedikləri maraqlı idi. Razılaşmaq düzgün olmasa da, bəzən çıxış yolunun elə bu olduğunu görürsən: "Böyükləri də uduzur, balacaları da. Heç nəyə yaramırlar. Bunların hamısını bölməyə aparmaq lazımdı".
 
***
 
Vahabzadənin məşqçi olmadığı və heç vaxt olmayacağını bircə oyun sübut etdi. Qoldan sonrakı bir saata yaxın vaxt ərzində məşqçi oyun planında heç nəyi dəyişə bilmədi. Elnur Cəfərovu əvəzləməyin vacibliyini sıravi azarkeş də bilirdi. Taktiki dəyişiklik, qol vurmağa hesablanmış hansısa addımın şahidi olmadıq. Bərabərlik topu da daha çox hesabı qorumağa çalışan rəqibin instinktiv olaraq müdafiəyə qapanmasından sonra vuruldu. Həm də düşünülmüş həmlədən sonra yox, sırf təsadüfi ötürmə və toxunuşla…
 
– Rəqib komandanın baş məşqçisi cəmi 30 minlik əhalidən yığma formalışdırmalı olduğunu qabartdı. Sizin sərəncamınızda isə oynayan futbolçular var idi. Uğursuzluqda günahkar futbolçulardı, yoxsa baş məşqçi?
– Bu, futboldu. Oyunçuların əzmkarlığını yerə vura bilmərik. Bu, biabırçılıq deyil.
 
Mətbuat konfransındakı cavabınıza görə siz utanmaya bilərsiz, sizin üçün bu, biabırçılıq olmaya bilər, Yaşar bəy. Çünki belə şeylərə öyrəşmisiz, lazım olsa, o biri üzünüzü çevirəcəksiz. Amma Farerlə heç-heçə fiaskodu. Əhalisi AFFA-da rəsmi qeydiyyatdan keçən futbolçuların sayının (yaxınlrda 100 min oldu – red.) 1/3-i qədər olmayan, peşəkar futbolçunun tapılmadığı bir milliyə qarşı bu qədər biabırçı oynamaq…
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm