Dünya futbolu
Şehiç baxdı, Zenyov üzüldü
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bosniya və Hersoqovina millisi öz meydanında Estoniya ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, görüş ev sahiblərinin 5:0 hesablı darmadağını ilə yekunlaşıb.
Matçda hər iki komandanın heyətində Azərbaycan çempionatında çıxış edən futbolçular olublar. Son çempion və ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinin, Avroliqadakı digər təmsilçimiz “Qəbələ”nin hücumçusu Sergey Zenyov isə Estoniya millisinin heyətində olub.
Matça start 11-liyində başlayan “Qəbələ”li 71 dəqiqə meydanda olsa da, komandasının darmadağın olmasına əngəl ola bilməyib. Şehiç isə böyükhesablı qələbəni ehtiyat oyunçular skamyasından izləyib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…