Bizi izləyin

Milli komanda

Məgər bu, futbol idi?

Avropa çempionatı – 2020. Futbol təsərrüfatımız…

blank

Avropa çempionatı – 2020. Futbol təsərrüfatımızın bütün planları bu yarış ətrafında qurulub. Qitə birinciliyinə də oyunçuların hazırlanması bilavasitə U-21 yığmasından keçir. Namizədlər məhz bu komandada olmalıdı.

Dünən baş tutan Azərbaycan – Farer adaları matçından sonra isə papaqlar yerə girdi. Start heyətinə baxdıqda, suallar formalaşmaqda idi. 

İlk sual Elnur Cəfərovla bağlı idi. Matçsonrası mətbuat konfransında baş məşqçi Elnur Cəfərova dayaq olduğunu, Budaq Nəsirovun isə oyun praktikasından axsadığını deyəcəkdi. Hələliksə…

Artıq 5-ci dəqiqədə elə həmin güvənilən Cəfərov hesabı açmağa borclu idi. Amma borcunu yerinə yetirə bilmədi. İki dəqiqə sonra Abbas Hüseynov da Niklas Tomsenlə təkbətək qaldı. Ancaq “İnter”in müdafiəçisi də bu fürsəti boşa verdi. 

Bəs, sonra? U-21 yığmasının ifasında kimsə futbol görmədi. 83 dəqiqə ərzində meydana toplaşan yığma üzvləri hansı məzhəbə qulluq etdiklərini özləri də bilmirdi. Namiq Ələsgərov sol cinahda nə qədər çalışsa da, özünü həyatında ilk dəfə Afrikaya düşən qrelandiyalı kimi hiss edirdi. 

Elnur Cəfərovdan ümumiyyətlə, danışmağa dəyməz. Çünki o, daha çox Farer yığmasına fayda verirdi, nəinki komandamıza. İlter Taşkın guya pleymekerliklə məşğul idi, amma ayağı-ayağına dolaşmaqdan başqa heç nəylə yadda qalmırdı. Topla təmin olunmayan Mahir Mədətov meydanın dərinliyinə qayıtmalı olurdu ki, yekunda hücumçu kimi fəaliyyəti yoxa enmişdi. 

Elvin Camalovla Vüqar Mustafayev nisbətən seçilən simalar idi. Ancaq futbol kollektiv oyundu. Bir neçə mövqe biabırçı çıxış edirsə, onları digərləri sığortalaya bilməz. Elə bu üzdən də mərkəzdəki digər iki yarımmüdafiəçimizin zəhməti İlter Taşkının faciəvi oyunu nəticəsində yoxa enirdi.

…Şahruddin Məhəmmədəliyevin qapısı ağzında ilk həyəcan təbili 9-cu dəqiqədə çalındı. Yakup Olsen əvvəlcə Sadiq Quliyev, ardınca isə Rahil Məmmədovdan sıyrılaraq, milliləşmiş əlcək sahibi ilə üz-üzə qaldı. Ancaq qapıçı bu zərbənin qarşısını aldı. Əlcək sahibi Teyt Yakobsenin təkrar zərbəsinə də reaksiya verincə, tribunaya toplaşmış azsaylı azarkeşin haqlı alqışını qazandı.

39-cu dəqiqədə yenidən səhnəyə Cəfərov çıxdı. Onun topu özündə həddən artıq çox saxlaması və yekunda itirməsi qonaqların əks-hücumu ilə nəticələndi. Üçgedişli kombinasiyadan sonra Ari Mor Olssen yaxın “doqquzluğ”u dəqiq nişan aldı.

Fasilədə nəhayət ki, Elnur Cəfərov oyundan alındı. Onu əvəzləyən Orxan Əliyev cinahda nisbi canlanma yaratsa da, “məşqçi əli”ni görmədik ki, görmədik. İkinci hissə ətalət qanununa uyğun gedirdi. Farer adalarının futbolçuları böyük qüvvəylə müdafiədə qapanmışdı, bizimkilər isə eyni qanuna uyğun hücumlar edirdi. Ancaq pərakəndə hücumlar olduqca effektsiz alınırdı. Bəli, sonda Mahir Mədətov qol duyumunu növbəti dəfə nümayiş etdirdi. Ancaq bu qol da heç bir yaraya məlhəm olmadı.

İndi isə yaranan suallar. Farer adalarına qarşı hansı oyun üslubuna söykənərək qələbə qazanılmalı idi? Bu üslub futbolçulara aşılanmışdımı? Aşılanmışdısa, nəyə görə meydanda futbol adına heç nə görmədik? Baş məşqçinin səhvləri nədən ibarət idi? Axı, o, özü mətbuat konfransında hətta Elnur Cəfərova start heyətində yer verməsinin belə səhv olmadığını dilə gətirdi. Budaq Nəsirov nə qədər özündənrazı futbolçu olsa belə, onun haqqı niyə yeyilmişdi? İlter Taşkın start heyətində deyil, ümumiyyətlə, yığmaya layiq olmadığı halda, hansı xidmətlərinə görə U-21-də yer alırdı? 

Sualları davam etdirmək olar. Ancaq ən əsas sual fərqlidi. “Bu, futboldu, futbolda belə nəticələr olan şeydi” deyən Yaşar Vahabzadəyə sualım belədi: Məgər bu, futbol idi? Hesabla tamamilə razılaşmaq olur. Əlbəttə, bu cür nəticələr mümkündü. Ancaq futbol oynayıb, bəxtin gətirməyəndə sənə bəraət qazandırmaq olar. Dünənki rüsvayçılıq isə nə futbol idi, nə də xokkey.

CEYHUN ƏLİYEV

P.S. İlter Taşkınla Elnur Cəfərov meydanda olmasaydı belə, 9 nəfərlə udulası rəqibdən 1 xala heç bir bəraət qazandırmaq olmaz.

Reklam

Reklam


Ölkə futbolu2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm