Milli komanda
“Azərbaycan millisindən 6 xal almalıyıq”
“Karyeramın ən yaxşı dövrünü yaşayıram. Hə…
“Karyeramın ən yaxşı dövrünü yaşayıram. Hər gün səylə çalışıram ki, daha da yaxşı çıxış edim”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Norveç millisinin futbolçusu Rune Yarsteyn deyib.
Almaniyanın “Herta” klubunda çıxış edən 32 yaşlı qapıçı DÇ-2018-in seçmə mərhələsi haqda fikirlərini açıqlayıb:
“Həmişə millinin 1 nömrəsi olmaq üçün çalışmışam. Bu, mənim hədəfim olub. Almaniyaya 0:3 hesabı ilə uduzsaq da, meydana əsas qapıçı kimi çıxmaq müsbət təəssürat yaratdı. Məqsədimiz seçmə mərhələni qrup ikincisi kimi başa vurmaqdı. Biz bunu bacarmaq gücündəyik. Hədəfimizə çatmaq üçün Azərbaycan və San-Marinodan 6 xal almalıyıq”.