Dünya futbolu
Eddi İsrafilov oynadı, komandası mərhələ adladı
Futbol üzrə İspaniya kubokunda ikinci mərhələnin oyunları k…
Futbol üzrə İspaniya kubokunda ikinci mərhələnin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də kubokda ilk sınağına çıxıb.
Sözügedən klub "Levante" ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabıyla bitib. Tərəflər əlavə yarım saatda da qalibi müəyyənləşdirə bilmədiyindən penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən futbolçumuzun komandası 3:2 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana çıxıb. 81-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.